Azər Türk Bank yeni kampaniyalara start verib
Dövlət bankı Azər Türk Bank 1 avqust 2017-ci il tarixindən yeni kampaniyalara start verib.
Belə ki, kampaniya müddəti ərzində bankdan plastik kart alan müştəri, özü və ya istədiyi şəxs üçün ikinci kartı pulsuz əldə etmək imkanına malikdir.
Eləcə də səyahət etmək arzusunda olan şəxslər səyahət barədə hər hansı bir sənədi təqdim edərək, istənilən valyutada hesab açmaqla, pulsuz debet kart sahibi ola bilərlər. Belə ki, müştəri səyahət edəcəyini bildirən sənədləri təqdim etməklə, minimum 500 AZN/USD/EUR mədaxil edərsə, MasterCard Gold, 1 000 AZN/USD/EUR mədaxil edərsə MasterCard Platinum kart əldə etmiş olacaq.
Xatırladırıq ki, Azər Türk Bankın kart müştərisi olmaq üçün banka gəlmədən onlayn kart sifarişi də mümkündür. Bu zaman öncədən ödənişə ehtiyac yoxdur. Müştəri hazır kartı almaq üçün banka gəldiyi zaman ödənişi həyata keçirəcəkdir.
Bankın əmanətçiləri də kampaniyadan faydalana biləcəklər. Belə ki, Banka ən azı 30 min AZN əmanət yerləşdirən müştərilər filiallardakı depozit qutularından üç ay müddətində pulsuz istifadə edəcəklər.
Kampaniyaların bitmə tarixi isə 1 noyabrdır.
22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 10 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























