Kiyev büdcə kəsirini bağlamaq üçün 30 milyard dollardan çox vəsaitə ümid edir
Ukrayna ölkənin dövlət büdcəsinin kəsirini bağlamaq üçün Avropa İttifaqı (Aİ), ABŞ və Beynəlxalq Valyuta Fondundan (BVF), eləcə də müttəfiq dövlətlərdən 30 milyard dollardan çox maliyyə yardımı alacağını gözləyir.
Marja xəbər verir ki, bunu Ukraynanın Baş nazir Denis Şmıxal bildirib.
Bir gün əvvəl Ali Radanın deputatı Yaroslav Jeleznyak məlumat vermişdi ki, Ukrayna parlamenti 1,57 trilyon qrivna (43 milyard dollardan çox) kəsirlə ölkənin 2024-cü il büdcə layihəsini ikinci və yekun oxunuşda qəbul edib.
"Büdcə gəlirləri 1,780 trilyon qrivna, xərcləri təxminən 3,350 trilyon qrivna təşkil edəcək. Demək olar ki, hər gün büdcə kəsirinin maliyyələşdirilməsi üçün tərəfdaşlardan dəstək almağa çalışırıq. BVF-dən 5,4 milyard dollar, Aİ-dən 18 milyard avro maliyyə yardımı, ABŞ-dan on milyard dollardan çox vəsait alacağımızı gözləyirik” - Şmıxal Telegram kanalında yayımlanan videoda bildirib.
O, həmçinin əlavə edib ki, Ukrayna tərəfi Yaponiya, Böyük Britaniya, İsveç, Portuqaliya və Kiyevin digər müttəfiqlərindən əlavə büdcə dəstəyi gözləyir. Denis Şmıxal etiraf edib ki, 1,57 trilyon qrivna kəsiri kontekstində əsas büdcə xərclərinin maliyyələşdirilməsi hakimiyyətin iki ildir öhdəsindən gəldiyi “çox çətin işdir”.
Denis Şmıxal sentyabrın 15-də bildirib ki, Ukrayna hökuməti 2024-cü il üçün büdcə layihəsini 45,6 milyard dollarlıq rekord hərbi xərclərlə qəbul edib ki, bu da sosial sahəyə, tibbə və təhsilə ayrılan xərcləri üstələyir. Ukrayna Maliyyə Nazirliyi bildirib ki, Ukraynanın 2024-cü il büdcəsi layihəsində təhlükəsizlik və müdafiəyə 48 milyard dollardan çox vəsait nəzərdə tutulub ki, bu da ÜDM-in 23 faizini təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)





.jpg)






