Türkiyənin xarici ticarət kəsiri 10 ayda 94 milyard dollara çatıb
2023-cü ilin yanvar-oktyabr dövründə Türkiyənin xarici ticarət kəsiri təxminən 94 milyard dollar olub.
Marja.az bu barədə Türkiyə Ticarət Nazirliyinin məlumatlarına istinadən xəbər verir.
2022-ci ilin eyni dövründə Türkiyənin xarici ticarət kəsiri 91 milyard dollar olaraq qeydə alınmışdı.
Xarici ticarət kəsiri Oktyabr ayında Sentyabr ayı ilə müqayisədə 15% azalaraq 6,7 milyard dollar təşkil edib.
Məlumatlara görə, ixrac oktyabr ayında 7,4% artaraq 22,9 milyard dollara çatıb. Ticarət naziri Ömər Bolatın açıqlamalarına görə, bu rəqəm oktyabr ayında ən yüksək ixracat olub. Digər tərəfdən idxal 1,3% artaraq 29,6 milyard dollar olub. Eyni dövrdə ixracın idxala nisbəti 77,3% olub. 2022-ci ilin oktyabr ayında bu nisbət 72,9% faiz təşkil etmişdi.
Yanvar-oktyabr dövrünə nəzər saldıqda, ixracın demək olar ki, ötən illə eyni səviyyədə olduğu müşahidə edilib. Nazirliyin məlumatına görə, 10 aylıq dövrdə ixrac 0,3 faiz artaraq 210,1 milyard dollara çatıb. Bu dövrdə idxalda da məhdud artım müşahidə olunub. Beə ki, yanvar-oktyabr dövründə idxal 1,2% artaraq 304 milyard dollara çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)





.jpg)









