Kapital Bank və “ASAN Məktub” sosial proqramı 35 uşağın arzularını gerçəkləşdirdi

(®) Xəbər verdiyimiz kimi, ölkənin birinci bankı Kapital Bank və “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı ilə əməkdaşlığı baş tutub.
Layihə çərçivəsində Balakən rayonundan olan və arzularını məktubla https://asanmektub.az/az saytına yerləşdirən 35 uşağın istəkləri reallaşdırılıb.
Ötən gün Balakən rayonuna yola düşən tərəflər arzularını məktubla çatdıran uşaqlar və onların valideynləri ilə görüşüb. Balakən regional “ASAN xidmət” mərkəzində baş tutan görüşdə maraqlı anlar yaşanıb.
Məktublara əsasən uşaqların öz istəklərinə uyğun məktəb ləvazimatları, geyim, oyuncaq kimi hədiyyələr onlara təqdim edilib. Uşaqlar hədiyyələri böyük sevinclə əldə edib. Müxtəlif korporativ sosial məsuliyyət layihələri ilə daim ehtiyacı olan insanların həyatına dəyər qatmağı bacaran Kapital Bank-ın bu əməkdaşlıqda məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək, cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 21 d. əvvəl
- 24 d. əvvəl
-
- 9 saat əvvəl
-
13 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
15 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
15 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
15 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 15 saat əvvəl
-
15 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
