“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Avrozonadan inflyasiya, ABŞ-dan faiz qərarı və əmək bazarı göstəriciləri, İngiltərədən faiz qərarı fonunda birjalar.“InvestAZ İnvestisiya Şirkəti”nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
3-cü rüb üzrə ABŞ-da ÜDM göstəricisinin proqnozun (4,3%) üzərində 4,9% kimi açıqlanması ölkə iqtisadiyyatının hələ də güclü olmasından xəbər verir. Xatırlatmaq lazımdır ki, əvvəlki 2-ci rübdə müvafiq göstərici 2,1% kimi açıqlanmışdır. Eyni zamanda inflyasiya göstəricilərinin proqnozların üzərində möhkəmlənm əsi FED-i daha sərt mövqelənməyə sövq edir.
Bazar iştirakçıları bu həftə Avrozonadan inflyasiya göstəriciləri, FED-in faiz qərar açıqlaması və ABŞ-dan NFP göstəricilərinin açıqlanmasını, İngiltərə Mərkəzi bankının faiz qərarını diqqət mərkəzində saxlayacaqlar.
NEFT
Cümə günü İsrailin Qəzzada yerüstü əməliyyatlara başlaması və qısa müddətə dayandırması fonunda neft qiymətləri 90$ ətfafında dalğalanmaqdadır. Tələbin azalması ilə bəzi neft hasil edən dövlətlərin açıq bazarlara çıxışına məhdudiyyətlərin aradan qaldırılması hal-hazırda neft qiymətlərinin kütləvi alış zonasında olduğunu nümayiş etdirir. Əməliyyatların davam etdirilməsinin bərpası ilə neft qiymətlərində kəskin volatillik müşahidə oluna bilər. Nəzərə almaq lazımdır ki, dünya neft tədarükünün təqribən 3/1 bu regionda hasil olunur.
“Brent” markalı neft 1% ucuzlaşaraq 89.16$ səviyyəsində ticarət olunur.
“WTI” markalı neftin noyabr fyuçerslərinin qiymətləri eynilə 1% azalaraq 84.97 dollar təşkil edib.
XAU/USD
Yaxın Şərq böhranının dərinləşməsi ilə qiymətli metal 1980$-dan 1% bahalaşaraq 2009$-a kimi kəskin hərəkət etdi. 2000$ üzərində qaldıqca qiymət tarixi maksimum həddi olan 2075$-ı test edə bilər.
EUR
Bazar ertəsi Almaniyadan, çərşənbə axşamı Avrozonadan açıqlanacaq inflyasiya göstəriciləri investorların diqqət mərkəzindədir. Cərşənbə günü ABŞ-dan FED-in faiz qərarı və sədr Pavelin monetar siyasətlə bağlı açıqlamaları, cümə axşamı ABŞ-dan işsizlik müavinəti alanların statistikası və cümə günü ABŞ-dan qeyri-kənd təsərrüfatında yeni açılan iş yerləri (NFP) rəqəmlərinin acıqlanması həftə ərzində güclü volatilliyə səbəb ola biləcək amillərdir.
GBP
Bu həftə cümə axşamı günü açıqlanacaq Böyük Britaniya Mərkəzi Bankının faiz qərarı funtun avro və dollar qarşısında sürətli dalğalanmasına səbəb ola bilər.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
42 d. əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
1 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 1 saat əvvəl
-
2 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
2 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
3 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma






.jpg)














.jpg)



