Bazarlar FED-in faiz qərarından daha çox diqqətini bu proqrama yönəldib
Çərşənbə günü ABŞ Xəzinədarlığının açıqlayacağı yeni borclanma planının bazarlarda FED-in faiz qərarından daha təsirli olacağı gözlənilir.ABŞ Maliyyə Nazirliyi noyabrın 1-də ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) faiz qərarından bir nüçə saat əvvəl yeni borclanma planını açıqlayacaq.
Marja.az xəbər verir ki, FED-in verəcəyi mesajlar qlobal bazarların gedişatı üçün kritik olsa da, bu planın FED-in qərarından daha çox bazarlara təsir edəcəyi gözlənilir.
Elan ediləcək rüblük yenidən borclanma planı ABŞ Xəzinədarlığının artan büdcə kəsirini maliyyələşdirmək üçün uzunmüddətli istiqraz satışlarını nə dərəcədə artıracağını ortaya qoyacaq.
Sözügedən istiqrazlar, Fed rəsmilərinin faiz artımlarının “sona çatdığı və ya sona yaxınlaşdığı” siqnallarına baxmayaraq, həftələrdir dəyər itirir.
Satışlar, istiqraz faizlərinin (gəlirliliyin) qlobal maliyyə böhranından əvvəl ən yüksək səviyyəyə qalxmasına və uzunmüddətli istiqrazları hökumət üçün daha bahalı edib.
İnvestorlar səlahiyyətlilərin avqust planında elan edilmiş uzunmüddətli istiqraz emissiyalarının artım tempini qoruyub axlayıb-saxlamayacağı ilə maraqlanırlar.
Wells Fargo Securities-in strateqi Angelo Manolatos, "Bazar iştirakçıları hazırda təklifin əcminə çox diqqət yetirirlər və biz Fed-in gözləmə rejimində olduğunu bilirik. Beləliklə, yenidən borclanma planı FED-in faiz qərarından daha böyük bir hadisədir. Bu, avqust ayında plandan bəri gəlirlilikdə gördüyümüz hərəkətlərlə də əlaqəlidir" deyib.
Qeyd edək ki, ABŞ Mərkəzi Bankı (FED) faiz qərarının 1 noyabr 2023-cü il tarixində Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq. Bazarlar FED-in faizinin yuxarı əddini 5,50%-də dəyişməz saxlayacağını proqnozlaşdırırlar. Saat 22:30-da isə FED sədrinin mətbuat konfransı başlayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)














.jpg)

