SAB yeni avadanlıqlara yatırım edib - Plan “SAB”ı bir dünya brendinə çevrməkdir
"Şirkətin bütün istehsalat proseslərində istifadə edilən avadanlıqların yeni, innovativ texnoloji avadanlıqlarla əvəz olunması başlıca əhəmiyyət kəsb edir. Yeni nəsil avadanlıqlar vasitəsilə daha gigiyenik və ekoloji-təmiz məhsullar istehsal olunur".
“Müasir dünyamız çox sürətli bir dəyişiklik və transformasiya içərisindədir. Son illərdəki inkişaf sürəti, iqtisadi və texnoloji baxımdan əldə edilən məqam bizim təsəvvür etdiyimizdən çox-çox irəlidədir. İndi gələcəyə dair proqnozlar verərkən bir neçə deyil, çox istiqamətli proqnozları birlikdə qiymətləndirməli, fəaliyyətlərimizi planlaşdırarkən davamlılığa olan töhfəsini, eləcə də təmin ediləcək iqtisadi faydanı nəzərə almalıyıq".
Bunu Marja.az-a "Zəhmət-Ruzi" MMC-nin Baş icraçı direktorunun müavini Naib Abayev bildirib.
O əlavə edib ki, yarandığı gündən istehlakçılara dad və yenilik mənbəyi olan məhsulları təqdim edən “SAB” (Zəhmət-Ruzi MMC), milyonlarla insan üçün nəsillər boyu əvəzolunmaz brendə çevrilmişdir:
"Ələlxüsusda, vurğulamalıyam ki, “SAB” tarixində son bir ildə görülən işlər və aparılan iqtisadi islahatlar, o cümlədən əldə edilən böyük naliyyətlər hər kəsə məlumdur. Xüsusilə də, şirkətin bütün istehsalat proseslərində istifadə edilən avadanlıqların yeni, innovativ texnoloji avadanlıqlarla əvəz olunması başlıca əhəmiyyət kəsb edir. Məhz, yeni və düzgün idarəetmə nəticəsində “SAB”, qısa zaman ərzində böyük uğurlara imza atmış, yeni məhsullar, xidmətlər sərgiləmişdir.
Biz davamlı və gəlirli artım məqsədi ilə doğru zamanda düzgün qərarlar qəbul etməyə diqqət yetirir və bu strategiya ilə irəliləyirik. Ölkəmizdə, Qafqazda, habelə dünya iqtisadiyyatındakı canlanma siqnallarının dəstəyi ilə fəaliyyət göstərdiyimiz sektorlarda iddialı və güclü mövqeyimizi hər zaman qoruyub saxladıq və bu yolda uğurla davam edirik. Müştərilərimizin və istehlakçılarımızın gözləntilərini və ehtiyaclarını dəqiq təhlil edərək, yeni məhsul və xidmətlərin hazırlanmasına, o cümlədən yeni nəsil avadanlıqlar vasitəsilə daha gigiyenik, ekoloji-təmiz məhsulların istehsalına diqqət yetirdik. Texnologiya və rəqəmsallaşmanı biznes proseslərimizə inteqrasiya edərək sektorun qabaqcıllarından biri olmağı bacardıq".
Naib Abayev bildiririb ki, “SAB” öz sektorunda ətraf mühitə uyğun, istehlakçıları və əməkdaşları üçün dəyər yaradan, qabaqcıl texnologiya sistemləri və peşəkar kollektivə sahib ən uğurlu şirkətdir:
"Şirkətimiz cəmiyyətin, habelə alıcıların sağlam keyfiyyətə asanlıqla çata bilmə missiyasını öz üzərinə götürmüşdür. Xalqımızın, gənclərimizin gələcəyini düşünən “SAB” təbii, halal və geni modifikasiya olunmamış, təhlükəsiz xammaldan istifadə etməklə gələcək nəsillərin sağlamlığını sığortalayır. “SAB” sektorda qabaqcıl, keyfiyyətdə və texnologiyada lider, ətraf mühitə diqqətli, hər daim yenilikçi olmaq məqsədilə yeni hədəflərə addımlayır".
"Zəhmət-Ruzi" MMC-nin Baş icraçı direktorunun müavini son olaraq bildirib: "Müştəriyönümlü strategiyamıza əsasən müştərilərdən gələn rəyləri dəqiq təhlil edərək, dəyişən istehlak vərdişlərinə uyğun olaraq məhsul və xidmətləri inkişaf etdirməyə davam edirik. Şübhəsiz ki, biz hələ bu uğurlu yolun başlanğıcındayıq və gələcək planlarımızda “SAB” bir dünya brendinə çevriləcəkdir”.
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 12 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 13 saat əvvəl
-
13 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 13 saat əvvəl
-
14 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
