50 yeni sahibkarlıq subyekti yaradılacaq - YENİ LAYİHƏ TƏQDİM EDİLDİ
KOBİA və Dövlət Məşğulluq Agentliyi tərəfindən birgə həyata keçirilən “Qarabağ KOB-ları” layihəsi müharibə iştirakçılarının, qazilərin və şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılmasına, məşğulluğunun təmin edilməsinə dəstəyi nəzərdə tutur.Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, İnkişaf Korporasiyasının təşkilatçılığı, “Paşa Holding”in ayırdığı qrant vəsaiti hesabına həyata keçirilən “Qarabağ KOB-ları” layihəsinin təqdimatı keçirilib.
Marja.az xəbər verir ki, tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, iş adamları və biznes assosiasiyaların təmsilçiləri, eləcə də layihəyə cəlb olunmuş müharibə iştirakçıları, qazilər, şəhid ailələrinin üzvləri iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev işğaldan azad olunmuş ərazilərimizdə icra olunan aktiv məşğulluq proqramlarını qeyd edərək, bu ərazilərə köçürülən sakinlərdən əmək qabiliyyətli olanların təqribən 70%-nin artıq məşğulluğunun təmin edildiyini bildirib. Qeyd olunub ki, postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində bu kateqoriyalardan olan 20 min şəxsin məşğulluğu təmin edilib, habelə 11 minə yaxın şəxs özünüməşğulluq proqramına cəlb edilib, təqribən 10 minədək şəxs işlə təmin olunub. Nazir son 5 ildə 1 milyondan çox şəxsin məşğulluq tədbirləri ilə əhatə olunduğunu bildirib, “Qarabağ KOB”ları layihəsinin şəhid ailələri və müharibə iştirakçılarının sosial rifahı və məşğulluğunun dəstəklənməsində əhəmiyyətli olacağını vurğulayıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Qarabağ KOB-ları” layihəsi, biznesə başlamaq üçün özünüməşğulluğun önəmi, bu sahədə Agentliyin müvafiq qurumlarla birgə həyata keçirdiyi layihələr barədə məlumat verib.
Bildirilib ki, “Qarabağ KOB-ları” layihəsi də ölkəmizdə Vətən müharibəsi iştirakçılarına göstərilən diqqətin və dəstəyin tərkib hissəsi olmaqla, qazilərin, müharibə iştirakçılarının və onların ailə üzvlərinin, şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin olunmasına dəstək məqsədilə həyata keçirilir.
Layihə Bakı şəhəri, Şamaxı, İsmayıllı, Şəki və Zaqatala rayonlarını əhatə edir. Artıq layihəyə qoşulmuş iştirakçılara biznes biliklərinin və bacarıqlarının artırılması üçün KOBİA tərəfindən zəruri təlimlər keçiriləcək və müvafiq sertifikatlar veriləcək. Təlimləri uğurla başa vuran iştirakçılar seçdikləri fəaliyyət istiqaməti üzrə peşə təlimlərinə cəlb olunacaq və onlara özünüməşğulluq proqramı çərçivəsində zəruri avadanlıqlar veriləcək. Layihə çərçivəsində ümumilikdə 50 yeni sahibkarlıq subyekti yaradılacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 11 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?






















