"Baku Steel Company", əməkdaşlarının yüksək balla ali məktəblərə qəbul olunan övladlarını mükafatlandırıb
(®) “Təhsil millətin gələcəyidir”, – Ümummilli liderimiz Heydər Əliyevin bu fikri “Baku Steel Company” QSC-nin (bundan sonra - BSC) korporativ sosial məsuliyyət layihələrində əsas tezislərdən biri olaraq yer alır.
Gələcəyimiz olan gənclərin təhsilinə dəstək olmaq məqsədilə BSC əməkdaşlarının ali məktəblərə yüksək balla qəbul olunan övladlarını dəyərli hədiyyələrlə mükafatlandırıb.
Tədbiri giriş sözü ilə şirkətin Baş Direktorunun 1-ci müavini Polad Hümmətov açaraq, tələbələri və valideynləri təbrik edib, gənc nəslə gələcək təhsil və karyeralarında uğurlar arzulayıb. O, savadlı vətəndaşların ölkəmizin dayanıqlı inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib və tələbə adını yeni qazanmış gənclərin dövrümüzün tələbatla qarşılanan ixtisaslarını seçmələrini alqışlayıb.
Daha sonra çıxış edən şirkətin Həmkarlar İttifaqı Birliyinin sədri Asif Abbasov BSC-nin nümunəvi əməkdaşlarının övladlarının da nümunəvi bilik nümayiş etdirərək Azərbaycanın sayılıb-seçilən universitetlərinə qəbul olunmasının təsadüfi olmadığı vurğulayıb.
Qeyd edək ki, BSC-nin Satışın təşkili şöbəsinin dəstələyicisi Elçin Sadıqovun oğlu Emin Sadıqov 615 balla ADA Universitetinə, EQS və soba-çalov sahəsinin rəisi Emil Məmmədovun oğlu Uğur Məmmədov 614.20 balla Azərbaycan Fransız Universitetinə, Aparat rəhbərinin müşaviri Xəqani Əsədovun qızı Selcan Əsədzadə 597 balla Bakı Dövlət Universitetinə, Fasonlu tökmə sexinin baş elektriki Şahin Mahmudovun oğlu Məhəmməd Mahmudov 579.10 balla Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub.
Şirkətin Su soyutma sistemlərinin operatoru Vəliş Babayevin oğlu Hüseyn Babayev isə 2022-ci il Fənn Olimpiadalarının Respublika turunda Tarix fənni üzrə 3-cü yerə layiq görüldüyündən dövlət sifarişi əsasında Bakı Dövlət Universitetinə imtahansız qəbul olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
15 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)


.jpg)



