Google-un ana şirkəti gəlirlərini və mənfəətini açıqladı
Google-un ana şirkəti Alphabet 2023-cü ilin 3-cü rübü (iyul-sentyabr) üzrə balans hesabatını açıqlayıb.
Marja.az xəbər verir ki, Alphabet-in gəliri iyul-sentyabr dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 11% artaraq 76,7 milyard dollara çatıb. Şirkətin 2022-ci ilin 3-cü rübündə gəliri 69,1 milyard dollar olmuşdu.
Şirkətin xalis mənfəəti üçüncü rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 41,5 faiz artaraq 19,7 milyard dollar təşkil edib. “Alphabet” ötən ilin eyni rübündə 13,9 milyard dollar xalis mənfəət əldə etmişdi.
Ötən ilin eyni dövründə 1,06 dollar olan “Alphabet”in səhmbaşına mənfəəti bu ilin eyni dövründə 1,55 dollara yüksəlib.
Şirkətin baş direktoru Sundar Pichai, axtarış sistemi, YouTube, Pixel cihazları və bulud kimi məhsullarında süni intellekt tərəfindən dəstəklənən yeniliklərlə bu rübdə əldə edilən maliyyə nəticələrindən məmnun olduğunu qeyd edərək, "Süni intellektin hər kəs üçün daha faydalı olması üçün faliyyətimizi sürətlə davam etdiririk”,- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 8 saat əvvəl
-
8 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
16 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)





.jpg)





