ABŞ-da tətil dalğası genişlənir
ABŞ-da Birləşmiş Avtomobil İşçiləri Həmkarlar İttifaqının (UAW) daha 5 min üzvünün General Motors-un (GM) "ən böyük və ən çox gəlir gətirən" zavodunda tətilə başladığını açıqlayıb.
Marja.az UAW-nın açıqlamasına istinadən xəbərverir ki, Texasın Arlinqton şəhərində həmkarlar ittifaqı üzvü olan 5 min işçinin "Ayağa qalx" adlı tətilə qatıldığı bildirilib.
Açıqlamada, işçilərin GM-in "ən böyük və ən çox gəlir gətirən" zavodunda istehsalın dayandırdığı bildirilib.
Açıqlamada, GM-in Chevy Tahoe, Chevy Suburban, GMC Yukon və Cadillac Escalade kimi ən gəlirli avtomobillərinin sözügedən zavodda istehsal edildiyi qeyd edilib.
Açıqlamada deyilir ki, GM-in qazancı “Wall Street gözləntilərini” aşsa da, şirkət, birlik üzvlərini əldə etdiyi mənfəətdən mükafatlandırmır.
Qeyd edilib ki, avtomobil sənayesində tətil edən işçilərin sayı 45 mini keçib. UAW-nın Ford və Stellantis-dən olan üzvləri də tətil keçirirlər.
Açıqlamada, Ford, GM və Stellantis-in Şimali Amerikada son 10 ildə 250 milyard dollar mənfəət əldə etdiyi qeyd edilib. Şirkətlır bu ilin ilk 6 ayında qazandıqları rekord mənfəətdən hələ də işçilərinə ədalətli pay verməyiblər.
GM üçüncü rübdə 3,1 milyard dollar mənfəət əldə edib
GM-in bu gün açıqladığı balans hesabatına görə, şirkətin xalis mənfəəti bu ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz azalaraq 3,1 milyard dollar təşkil edib. Şirkətin ötən ilin üçüncü rübündə 2,25 dollar olan səhmbaşına mənfəəti bu ilin eyni dövründə 2,20 dollar olub. Avtomobil istehsalçısının gəliri eyni dövrdə 5,4% artaraq 44,1 milyard dollara çatıb.
Sözügedən dövrdə qeydə alınan azalmaya baxmayaraq şirkətin mənfəəti bazar gözləntilərinin üzərində olub.
Avtomobil işçilərinin tətili
Avtomobil İşçiləri Həmkarlar İttifaqının (UAW) Ford, GM və Stellantis ilə işçilərin xeyrinə yeni müqavilə şərtlərilə bağlı apardığı danışıqlarda razılaşma olmayıb. Bundan sonra işçilərin tətil etmələrinə qərar verilib.
Belə ki, 3 böyük avtomobil istehsalçısını hədəf alan avtomobil işçilərinin tətili sentyabrın 15-də başlayıb və birliyin 88 illik tarixində ilk dəfə olaraq 3 avtomobil zavodunun işçiləri birlikdə tətilə çıxıblar.
Müştərilərin xəbərləri
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Avropa Mərkəzi Bankı da faizə toxunmadı
Mərkəzi Bank NGFS-yə tamhüquqlu üzv qəbul olunub
Avrozonada inflyasiya 3 faizə yüksəlib
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Ən çox oxunanlar
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb






.jpg)
.jpg)







.jpg)







