Neft OPEC toplantısı öncəsi bahalaşır
Gələn həftə OPEC+ ölkələrinin, bəzi ölkələrin hasilatın azaldılması öhdəliklərində geri qaldığını müzakirə etmək üçün növbədənkənar iclası keçiriləcək. Neft istehsalçıları avqustun 7-8-də Abu Dabidə Küveyt və Rusiyanın həmsədrliyində toplanacaq.
"Marja" xəbər verir ki, neft qiymətləri keçən həftə 8.6 faiz artdıqdan sonra 0.7 faiz dəyər qazanıb.
Səudiyyə Ərəbistanının keçən həftə hasilatın azaldılması sazişinə tam əməl etməyən ölkələr üzərindəki təzyiqi artıracağını açıqlamışdı. Aazişə əsasən, ölkələr müəyyən edilmiş həcmlərdə neft hasilatını azaldtmalıdırlar. Azərbaycan götürdüyü öhdəliyə əməl edir.
BUNDAN SƏRFƏLİ ALMAN AVTOMOBİLİ YOXDUR
Digər tərəfdən, "Wall Street Journal"ın məsələ haqqında məlumata malik mənbəsinə istinadən verdiyi xəbərinə görə, ABŞ Venesuelanın neft sənayesinə qarşı sanksiyaları artırmağı düşünür. Sanksiyalar tətbiq edilərsə, Venesuellanın nef istehsalı düşə bilər.
Həmçinin "Baker Hughes Inc"ın Cümə günü açıqladığı məlumatlara görə, ABŞ-da qazılan quyuların sayı sayı keçən həftə cüzi artıb. Bu da yaxın gələcəkdə ABŞ-da neft hasilatının çox arta bilməyəcəyinə işarədir.
Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşlarının hasilatın azaldılmasına yönəlmiş ciddi səylərinin digər bölgələrdəki hasilatın artmasını bağlayacağı gözlənilir. Narahatlıqların azalması ilə neft qiymətləri qalxıb.
"Bazarının hazırda haradasa tarazlıqda olduğunu ehtimal edirik. Bu səbəbdən OPEC-dən qaynaqlanan hər hansı bir istehsal dəyişikliyi bazarda neft qıtlığı yarada bilər",- "Australia & New Zealand Banking Group Ltd"nin analitiki Daniel Hynes bildirib.
100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN
Bakı vaxtı ilə saat 08:15-ə olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 35 sent bahalaşaraq bareli 50.06 dollara, Brent nefti ICE Futures Europe birjasında 24 sent və ya 0.5 faiz bahalaşaraq bareli 52.76 dollara qədər yüksəlib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
15 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















