Valyutası ucuzlaşan İsraildən 30 milyard dollarlıq satış tədbiri
Hücumların hədəfi olan İsraildə milli valyuta şekel 2 faizə qədər ucuzlaşıb. İsrail Mərkəzi Bankı valyuta dəyişkənliyinə müdaxilə etmək üçün 30 milyard dollara qədər valyuta satışı proqramı elan edib.
HƏMAS-ın İsrailə hücumlarından sonra qarşıdurmalar davam edərkən, İsrail Mərkəzi Bankı 30 milyard dollara qədər valyuta satışı proqramı elan edib.
Marja.az-ın məlumatına görə, Bank milli valyuta şekeldə volatilliyi yumşaltmaq və bazarların fasiləsiz işləməsini təmin etmək üçün lazımi likvidliyi təmin etmək məqsədilə qarşıdakı dövrdə bazarda fəaliyyət göstərəcək.
Qeyd edək ki, müharibənin başlamasından sonra İsrail şekeli 2 faizə qədər ucuzlaşıb.
HƏMAS şənbə günü Qəzza zolağından İsrailin cənubuna sızıb və eyni vaxtda bir neçə hücum həyata keçirib. Hücumlar nəticəsində əksəriyyəti mülki vətəndaşlardan ibarət 700-dən çox israilli həyatını itirib.
Qəzzanın şimal sərhədindən çox da uzaq olmayan ərazidə keçirilən musiqi festivalına qatılan 260-a yaxın insan da Həmas tərəfindən öldürülüb. İsrailin cavab hücumları nəticəsində 400-ə yaxın fələstinli həyatını itirib. İsrail HƏMAS-ın sızdığı ərazilərin əksəriyyətinə nəzarəti bərpa edərkən, Həmas çoxlu israillini girov götürüb.
Gözlənilməz hücumlardan sonra İsrail rəsmən müharibə elan edib və HƏMAS-ın hərbi infrastrukturunu məhv etmədən əməliyyatları dayandırmayacağını açıqla. Bu açıqlayıb. Bu açıqlamadan sonra Qəzzada aylarla davam edə biləcək quru əməliyyatı gözlənilir.
Wall Street Journal HƏMAS və İranın dəstəklədiyi Hizbullahın yüksək səviyyəli üzvlərinə istinadən xəbər verir ki, İran təhlükəsizlik rəsmiləri HƏMAS-a hücumu planlaşdırmağa kömək edib və ötən bazar ertəsi Beyrutda keçirilən toplantıda hücuma yaşıl işıq yandırıblar.
ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə iki gün ərzində iki dəfə telefonla danışıb və hərbi yardıma dəstəyini çatdırıb. ABŞ altı gəmisini Şərqi Aralıq dənizinə köçürüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
-
2 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 2 saat əvvəl
-
2 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
3 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb

“Bakı Fintex Forumu 2025” keçiriləcək

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı
