“Azərsky 2” peyki ilə bağlı detallar məlum olub
"Israel Aerospace Industry" şirkətinin gələn il orbitə çıxaracağı “Azersky-2” - yerin məsafədən müşahidə peyki 200 kiloqram ağırlığa malikdir, 7 il fəaliyyətdə olacaq.
Məlumata görə, peyk fəaliyyət göstərmək üçün minimum 5 km hündürlükdə olmalıdır.
Onunla 600 km hündürlükdən uzunluğu 9 km-ə, eni isə 6 km-ə qədər fotolar çəkmək mümkündür.
Bunun üçün istehsal adı “OPTSAT 500” olan mikro peykin aşağısına 50 sm diafraqmalı 2 kamera quraşdırılıb. Peykin məlumat yaddaşı 6 TB müəyyən edilib. Qurğu saniyədə 1 GB ölçüdə material ötürə biləcək.
İsrail şirkətinin peyklə bağlı şərhində deyilir ki, “OPTSAT 500” 40 illik kosmik mükəmməlliyə əsaslanır: “Bu, yüksək keyfiyyətli təsvirlər, geniş əhatə dairəsi və sərfəli paketdə optimal performans təmin edən mikro peykdir. “OPTSAT 500”ün avionikası və faydalı yükləri şirkətin geniş kosmik irsinə, sübut edilmiş kosmik məhsullarına əsaslanır və bu, onu bu günə qədər ən yaxşı kosmik təsvir platformalarından birinə çevirir".
Bununla belə, "Israel Aerospace Industry"dən "Report"a bildirilib ki, "Azersky-2" ilə bağlı hələ ki, heç nə deyə bilməzlər, qarşıdakı günlərdə rəsmi açıqlama olacaq.
Xatırladaq ki, Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində ötən gün Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi yanında Kosmik Agentliklə ("Azərkosmos") "Israel Aerospace Industry" arasında Azərbaycanın ikinci yerüstü müşahidə peykinin orbitə buraxılması ilə bağlı müqavilə imzalanıb.
“Azersky 2” Azərbaycanın sayca 4-cü peyki olacaq. Qalan 3 peykdən 2-si “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya peykləri, “Azerky-1” isə yerin məsafədən müşahidə peykidir.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)









.jpg)




