Dövlət ehtiyatlarının borc verilməsi həyata keçiriləcək
Dövlət ehtiyatlarının borc verilməsi həyata keçiriləcək.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət ehtiyatları haqqında” qanun layihəsində (birinci oxunuş) əksini tapıb.
Layihəyə əsasən, dövlət ehtiyatlarına aid olan malların buraxılması əsasları aşağıdakılardır:
- malların yeniləşdirilməsi;
- malların brondan çıxarılması;
- malların borc verilməsi;
- malların əvəzləşdirilməsi;
- Dövlət ehtiyatlarının təyinatı üçün nəzərdə tutulmuş əsaslar.
Yuxarıda qeyd edilmiş əsaslar üzrə dövlət ehtiyatlarının buraxılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.
Strateji ehtiyatların yeniləşdirilməsi və əvəzləşdirilməsi dövlət ehtiyatları üzrə məsul orqanın qərarı əsasında həyata keçirilir. Fövqəladə və səfərbərlik ehtiyatlarının yeniləşdirilməsi və əvəzləşdirilməsi (dövlət ehtiyatları üzrə məsul orqanın saxladığı fövqəladə ehtiyatlar istisna olmaqla) dövlət ehtiyatları üzrə məsul orqana və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməklə məsul saxlayıcılar tərəfindən həyata keçirilir. Dövlət ehtiyatları üzrə məsul orqan saxladığı fövqəladə ehtiyatların yeniləşdirilməsini və əvəzləşdirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməklə özü həyata keçirir.
Dövlət ehtiyatları üzrə məsul orqanla bağlanılan müqavilədə başqa hal nəzərdə tutulmadıqda, məsul saxlayıcılar saxladıqları strateji ehtiyatların yeniləşdirilməsini və əvəzləşdirilməsini haqqı ödənilməklə həyata keçirirlər.
Dövlət ehtiyatlarının borc verilməsi dövlət qurumlarının dövlət ehtiyatları üzrə məsul orqana müraciəti əsasında həyata keçirilir. Dövlət ehtiyatlarının borc verilməsinə dair qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla dövlət ehtiyatları üzrə məsul orqan tərəfindən qəbul edilir.
Borc götürülən malın həcmi həmin malın dövlət ehtiyatındakı ümumi həcminin 30 faizindən, borc müddəti isə 12 aydan çox ola bilməz.
Strateji ehtiyatların brondan çıxarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında dövlət ehtiyatları üzrə məsul orqan tərəfindən həyata keçirilir.
Fövqəladə və səfərbərlik ehtiyatlarının brondan çıxarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında dövlət ehtiyatları üzrə məsul orqan, dövlət qurumları və hüquqi şəxslər tərəfindən həyata keçirilir. Dövlət qurumları və hüquqi şəxslər dövlət ehtiyatları üzrə məsul orqana brondan çıxarılan mallar barədə məlumatı (malların adı, ölçü vahidi və həcmi) ən geci 1 (bir) ay müddətində təqdim etməlidirlər.
Brondan çıxarılan mallar yeniləşdirilə və dəyişdirilə bilməz.
Bu qanunda göstərilən təyinatlar üzrə dövlət ehtiyatlarına aid olan malların buraxılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında dövlət ehtiyatları üzrə məsul orqan tərəfindən həyata keçirilir.
Bu qanunda göstərilən təyinatlar üzrə dövlət ehtiyatlarına aid olan malların buraxılması dövlət ehtiyatları üzrə məsul orqanın rəyi (dövlət ehtiyatları üzrə məsul orqanın saxladığı dövlət ehtiyatlarına aid olan mallar istisna olmaqla) nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə həyata keçirilir. Bu məqsədlə dövlət ehtiyatlarına aid olan malları buraxan məsul saxlayıcılar dövlət ehtiyatları üzrə məsul orqana bu barədə məlumatı (malların adı, ölçü vahidi və həcmi) ən geci 1 (bir) ay müddətində təqdim etməlidirlər.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)








.jpg)






