"Ziraat Bank Azərbaycan" Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən layihə həyata keçirir
Fəaliyyətində daima sosial yönümlü layihələrə önəm verən Ziraat Bank Azərbaycan Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən, eşitmə və nitq məhdudiyyəti olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə “Bərabərlik dünyamızı birlikdə yaradaq” lozunqu altında layihəyə start verib.
Ümummilli lider Heydər Əliyev əlilliyi olan şəxslərə göstərdiyi diqqət və qayğısı ilə daima yüksək humanizm nümunəsi olub. Əlilliyi olan insanların ictimai həyatın bütün sahələrində iştirak etməsi üçün bərabər imkanlara malik olması, onların öz fərdi əmək qabiliyyətlərinə və maraqlarına uyğun dolğun həyat sürməsi Ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən sosial strategiyanın daim başlıca hədəfi olub.
Ümummilli liderin bu hədəfinin gerçəkləşdirilməsi məqsədilə Ziraat Bank Azərbaycan da əməkdaşlarına işarət dili təliminin keçirilməsinə başlayıb.
Təlimin məqsədi eşitmə və nitq məhdudiyyəti olan şəxslərin Bank xidmətlərindən rahat şəkildə yararlanmaları, maneəsiz informasiya əldə etmələri üçün şəraitin yaradılmasıdır. Təlimdən əldə edilən biliklərlə Bank əməkdaşları eşitmə və nitq məhdudiyyəti olan müştərilərlə səssiz ünsiyyət quraraq Bankın məhsul və xidmətlərindən yararlanmalarına və bank əməliyyatlarını rahat şəkildə icra etmələrinə dəstək olacaqlar.
Qeyd edək ki, Ziraat Bank Azərbaycan bu təlim proqramını DanceAbility Azerbaijan Performans Şirkəti və Səssiz Ünsiyyət - JDİD İctimai Birliyi ilə birgə təşkil edir. Təlim yalnızca filial əməkdaşları üçün deyil, Bankın bütün departamentlərində fəaliyyət göstərən əməkdaşları üçün həyata keçirilir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bu gönderiyi Instagram'da gör
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
9 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub













.jpg)









