"Bu və ya gələn həftə “ölümcül yüz” baş verə bilər"
Xəbər verdiyimiz kimi, bu gün səhər Moskva birjasında valyuta hərraclarında Dolların məzənnəsi yenidən 98 rubl səviyyəsini keçib. Dolların qiyməti 98,24 rubl səviyyəsinə çatıb. Sonuncu dəfə ABŞ valyutası 98 rubldan yuxarı təxminən üç həftə əvvəl, avqustun 15-də olub.
Marja.az xəbər verir ki, Avro 0,53% bahalaşaraq 105,47 rubla, yuan isə 0,28% bahalaşaraq 13,417 rubla yüksəlib.
Rusiya Mərkəzi Bankının uçot dərəcəsini artırması və valyuta gəlirlərinin satışını artırmaq üçün ixracatçılarla razılaşmalar rubla təzyiqi cüzi azaldıb, lakin vəziyyəti əsaslı şəkildə dəyişməyib. Avqustun ortalarında bir dollar 93 rubla düşdükdən sonra milli valyuta fundamental amillərə görə yenidən zəifləməyə davam edir, bunlardan da başlıcası tələbin təklifi üstələməsidir.
Sentyabrın əvvəlində bir dollar üçün 100 rubl psixoloji həddi yenidən real görünür. Bir çox analitiklər razılaşırlar ki, maliyyə orqanları tərəfindən qəti addımlar atılmazsa, bu və ya gələn həftə “ölümcül yüz” baş verə bilər.
Eyni zamanda, neftin qiyməti artır və çərşənbə axşamı 2022-ci ilin noyabrından bəri ilk dəfə olaraq Brent markalı neftin bir barreli 90 dollardan yuxarı qalxıb. Nəzərə alsaq ki, ən böyük ixracatçılar - Rusiya və Səudiyyə Ərəbistanı könüllü olaraq hasilatın azaldılmasını ilin sonuna qədər uzadıb, neftin bir barel üçün 100 dollar və ondan yuxarı olacağı proqnozları kifayət qədər əsaslı görünür.
Analitiklər bildirirlər ki, rublun məzənnəsinin neft qiymətlərindən asılılığı tarixdə qalıb. Hazırda məzənnə digər amillərdən daha çox təsirlənir. İndi neftlə rublun məzənnəsi arasında birbaşa əlaqə yoxdur. Neft bahalaşır, lakin mənfi ticarət balansı və ölkədən kapital axını səbəbindən rubl zəifləməkdə davam edir.
Həmçinin, fiziki şəxslər tərəfindən kapitalın ölkədən çıxarılması, xarici şirkətlər tərəfindən aktivlərin satışı, ixracatçıların valyuta gəlirlərini Rusiyaya gətirməmələri, eləcə də idxalın artmaqda davam etməsi rublu zəiflədir.
Hindistan və Çin tərəfindən Rusiyadan neft alışlarının kəskin azalması fonunda Rusiya Federasiyası hasilatını gündəlik 300 min barel azaltmağa davam etdirməyi planlaşdırır. Bu, Rusiya xammalının qiymətini qaldırmaq cəhdi kimi qələmə verilir, lakin cəhdin uğursuz olduğu görünür. Belə ki, Rusiya Federasiyasının neft və qaz gəlirləri avqustda 20,78% azalaraq 642,7 milyard rubl təşkil edib. İyulda bu, 811,3 milyard rubl idi.
Eyni zamanda, Rusiyada yanacaq qıtlığı var. Bu, hasilatın azaldılması nəticəsində itirilən gəlirləri bərpa etmək istəyən neftçilərin şantajına çox bənzəyir.
Ekspertlər bildirirlər ki, hələcəkdə neftin daha da bahalaşması rublun zəifləməsi sürətini azalda bilər, lakin vəziyyəti kökündən dəyişməyəcək. Təbii ki, bahalı neft ölkənin büdcə kəsirini azaldacaq, lakin rublu gücləndirmək üçün valyuta nəzarəti gücləndirilməli və kapital axını məhdudlaşdırılmalıdır. Qısası neftin qiymətinin artması rublu yalnız qismən dəstəkləyəcək. Daha ciddi möhkəmlənmə üçün iqtisadiyyatda və maliyyə sektorunda struktur disbalansları aradan qaldırmaq lazımdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
-
6 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
9 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 9 saat əvvəl
-
10 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir













.jpg)












