PAŞA Həyat gənc kadrlar yetişdirir
(®) PAŞA Həyat təhsil sahəsində olan töhfəsinin gücləndirilməsi və gənc kadrların yetişdirilməsi çərçivəsində universitetlərlə əməkdaşlığı uğurla davam etdirir.
Ölkənin lider həyat sığorta şirkəti olan PAŞA Həyat 2023-cü ilin birinci yarımilində Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün onların peşəkar inkişafına yönəldilmiş bir sıra tədbirlər təşkil etmişdir. Eyni zamanda, həmin universitetlər tərəfindən təşkil edilən əmək yarmarkalarında aktiv iştirak edərək tələbələrin gələcək karyera həyatlarına dair dəyərli töhfələr vermişdir.
Belə ki, cari ilin fevral ayından etibarən PAŞA Həyat ekspertləri tərəfindən İnvestisiya, Marketinq, Korporativ Kommunikasiya, Audit, Agile metodologiyası, Hüquq və həyat sığortası məhsulları üzrə müxtəlif bilik mübadiləsi sessiyaları təşkil olunmuşdur.
Universitetlərdə təşkil edilən karyera sərgiləri ilə yanaşı həmçinin PAŞA Həyat 30 mart tarixində Bakı Regional Məşğulluq filialı tərəfindən Park İnn by Radisson Baku Hotelində təşkil edilmiş əmək yarmarkasında da iştirak etmişdir. Sözügedən fəaliyyətin davamı olaraq şirkət 10-19 aprel tarixlərində ADA Universitetinin nəzdində təşkil olunan “Məşğulluq həftəsində” (Employability Week) iştirak edərək müxtəlif mövzuları əhatə edən təlimlər keçirib. Sonda keçirilən mövzularla bağlı imtahan mərhələsi baş tutub və müəyyən meyarlar əsasında 5 tələbə qalib seçilərək sözügedən şirkətdə təcrübə keçməyə şans qazanıblar.
Bundan əlavə, artıq ikinci ildir ki, PAŞA Həyat ADA Universitetində təşkil olunan "ABŞ Təhsilli Azərbaycan Məzunları" İctimai Birliyinin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında Azərbaycan Biznes Keys müsabiqəsinin bürünc sponsoru olaraq çıxış edir. Mart ayından başlayan müsabiqədə 4 nəfərdən ibarət komandalar real biznes keyslər əsasında yarışaraq yarımfinal və final mərhələlərinə keçiblər. 17 iyun tarixində baş tutan final günündə ilk 3 yeri tutan komandalar mükafatlandırılıb. Yarışmada analiz üçün tələbələrə real həyatda şirkətlərin qarşılaşdıqları biznes problemləri əsasında yazılmış Harvard Business School-un keysləri təqdim edilir. Biznes Keys Müsabiqəsi tələbələrin analitik və təqdimat bacarıqlarının inkişaf etdirilməsində və karyera inkişafında çox önəmli rol oynayacaq bacarıqların aşılanmasında və tələbələrə biznes idarəçilik vərdişlərinin öyrədilməsində əvəzsiz rol oynayır.
Tələbələrin peşəkar inkişafına töhfə vermək üçün PAŞA Həyat 31 Mart tarixində Bakı Dövlət Universiteti, Aktuar riyaziyyat və Riyaziyyat ixtisaslarında təhsil alan tələbələri şirkətə dəvət edərək onlar üçün “Aktuar Saatı” adlı bilik mübadiləsi sessiyası təşkil etmişdir.
Əmək yarmarkalarında sıx iştirak edən şirkət may, iyun və iyul ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün keçirilən yarmarkada, həmçinin “ASAN kadr” karyera mərkəzinin təşkilatçılığı ilə ASAN könüllülərinin 3-cü Karyera Sərgisində iştirak etmişdir.
Bu cür tədbirlərin təşkili və həyata keçirilməsi kadr potensialının gücləndirilməsi məqsədini daşıyır.
Qeyd edək ki, Lider sığorta şirkəti - “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2022-ci il tarixinə şirkətin audit olunmuş məcmu aktivləri 562 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, yığım tərkibli “Həyatın yaşam sığortası” məhsullarını təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 14 d. əvvəl
-
-
45 d. əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 1 saat əvvəl
-
2 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
2 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ























