Dövlət ABB-nin əsas səhmdarı kimi qalacaq - BANKDAN AÇIQLAMA
“ABB-yə özəl investisiyaların cəlb edilməsi son illər Bankda gedən inkişaf proseslərini daha da sürətləndirəcək”.
“Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 31 avqust 2023-cü il tarixli Sərəncamı barədə medianın suallarını cavablandırarkən ABB-nin mətbuat xidmətindən belə bildirilib.
Qeyd edilib ki, Azərbaycan dövlətinin Bankın əsas böyük səhmdarı kimi qalması, dövlətin iştirak payının kiçik həcmlərdə azaldılması vasitəsilə özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulur. Azərbaycan vətəndaşlarının dövlət müəssisələrinin idarə edilməsində iştirakının genişləndirilməsi, qiymətli kağızlar bazarının inkişafı və alternativ investisiya imkanlarının yaradılması məqsədilə Banka iri özəl investorların deyil, minoritar səhmdarların cəlb olunmasına üstünlük veriləcək.
Mətbuat xidmətindən o da bildirilib ki, ötən bir neçə il ərzində ABB-nin kapital mövqeyinin gücləndirilməsi, fəaliyyətinin səmərəliliyi, müasir korporativ standartlara uyğun idarə edilməsi, rəqəmsallaşdırılması, kredit, risk, kadr siyasətinin təkmilləşdirilməsi, xidmət şəbəkəsinin inkişafı istiqamətində bir sıra layihələr həyata keçirilib və mühüm nəticələr əldə olunub. ABB inkişaf layihələrini bu gün də uğurla davam etdirməkdədir.
Dövlət müəssisələrinə özəl investisiyaların cəlbi ABB-nin son dövrlər yeni biznes istiqaməti kimi fəal şəkildə daxil olduğu qiymətli kağızlar bazarının inkişafına yol açacaq. Bankın idarə edilməsində vətəndaşların iştirakını genişləndirəcək və korporativ idarəetmənin tətbiqini şaxələndirəcək: “Bütün bunlar yeni strateji dövrdə ABB-nin öz hədəflərinə çatması üçün əlavə imkanlar yaradacaq” – mətbuat xidmətinin açıqlamasında qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
9 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)





.jpg)







