“Veysəloğlu Distribusiya” şirkətinin Satış Akademiyası təlimçilər yetişdirəcək
Şirkət əməkdaşlarının 31 faizini gənclər təşkil edir(®) Veysəloğlu Şirkətlər Qrupuna məxsus olan “Veysəloğlu Distribusiya” şirkətinin Satış Akademiyası 2023-cü ilin avqust ayında fəaliyyətə başlayıb. Satış Akademiyasının açılış mərasimində şirkətin rəhbər heyəti və Türkiyədən dəvət olunmuş, 25 ildən artıq satış konsultantı təcrübəsinə malik Fuat Okçuoğlu və Sedat Gülerman iştirak ediblər. Konsultantlar 1 ay ərzində şirkətin daxili təlimçilərinə təlimlər keçəcəklər.
Satış Akademiyasının məqsədi “Veysəloğlu Distribusiya” şirkətinin satış heyətinin texniki, idarəetmə və liderlik bacarıqlarını təkmilləşdirməklə şirkətin davamlı satışlarını və gəlirliliyini artırmaqdır. Akademiyanın fəaliyyəti çərçivəsində şirkətdə uzunmüddətli təcrübəyə malik 20 nəfər potensiallı gəncin təlimçi kimi yetişdirilməsi nəzərdə tutulub.
Akademiyanın açılışı zamanı “Veysəloğlu Distribusiya” şirkətinin İnsan Resursları və Dəstək Xidmətləri Direktoru Samir Əmirov bildirib: “Satış Akademiyasını yaratmaqla, insan kapitalına böyük bir investisiya edirik və bu, əməkdaşların peşəkar inkişafı üçün mühüm addımdır. İnanırıq ki, satış təlimləri biznesin inkişafına real töhfə verəcək.”
Şirkətdə il ərzində aktiv şəkildə əməkdaşlar üçün satış, merçendayzinq, biznes etikası, effektiv ünsiyyət, liderlik, zamanın idarə olunması, konfliktlərin idarə edilməsi, ümumi idarəetmə, biznes analitika, ticari marketinq, Power BI və s. mövzularda təlimlər keçirilir.
Dünyanın ən böyük onlayn öyrənmə platformalarından biri olan UDEMY ilə əməkdaşlıq çərçivəsində şirkətin yüzlərlə əməkdaşı 20 mindən çox 4-5 fərqli dildə təlim proqramlarına çıxış imkanı əldə edirlər.
Qeyd edək ki, “Veysəloğlu Distribusiya” şirkəti müxtəlif təcrübə proqramlarını təşkil edərək universitetlərdən yeni məzun olmuş gənclərin əmək bazarında layiqli yer tutması üçün onlara müxtəlif sahələrdə təcrübə qazandırır.
Şirkət ölkənin ən böyük işəgötürənlərindən biri olmaqla dövlət və özəl müəssisələrlə əməkdaşlıqların qurulmasında da maraqlıdır. “Veysəloğlu Distribusiya” insan resursları sahəsində əhəmiyyətli layihələrdə iştirak etməklə və potensiallı gənc kadrların kəşf olunması üçün mütəmadi olaraq karyera sərgilərinə qatılmaqla gənc istedadların işlə təmin olunmasına, habelə onların inkişafına və bacarıqlarının təkmilləşdirilməsinə dəstək göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)










.jpg)




