“Qazprom”un xalis mənfəəti kəskin azalıb
Rusiyanın enerji şirkəti "Qazprom"un xalis mənfəəti ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 88 faiz azalaraq 296 milyard rubla (təxminən 3 milyard dollar) düşüb. Rusiyanın ən böyük neft şirkəti olan Rosneft isə ilin birinci yarısında 652 milyard rubl (təxminən 6,8 milyard dollar) xalis mənfəət əldə edib.“Qazprom”un xalis mənfəəti 2023-cü ilin birinci yarısında (yanvar-iyun) azalıb.
Marja.az "Qazprom"un yaydığı məlumata istinadən xəbər verir ki, şirkət ilin birinci yarısında 4,1 trilyon rubl (təxminən 43 milyard dollar) gəlir əldə edib.
Şirkətin ilin ilk yarısında xalis mənfəətinin 2022-ci ilin eyni dövrü ilə müqayisədə 88 faiz azalaraq 296 milyard rubla (təxminən 3 milyard dollar) düşdüyü qeyd edilib. Buna rublun dollar və avro qarşısında dəyər itirməsi səbəb olub.
Açıqlamada, şirkətin Avropaya göndərdiyi təbii qazın miqdarının azalmasının Çinə təbii qaz ixracatındakı artımla "qismən kompensasiya edildiyi" bildirilib.
Avropanın bir çox ölkəsi Ukraynadakı müharibə səbəbindən Rusiya qazının idxalını dayandırmaq və ya azaltmaq qərarına gəlib.
Rusiyanın ən böyük neft şirkəti olan "Rosneft" ilin birinci yarısında 652 milyard rubl (təxminən 6,8 milyard dollar) xalis mənfəət əldə edib. Şirkətin ilin ilk yarısında 3,9 trilyon rubl (təxminən 40 milyard dollar) gəlir əldə etdiyi bildirilib. Şirkətin gəlirləri 25% azalıb, bunun səbəbi neft qiymətlərinin əhəmiyyətli dərəcədə azalması ilə əlaqələndirilib.
Açıqlamada şirkətin sözügedən dövrdə gündə 4 milyon barel neft hasil etdiyi bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 9 saat əvvəl
-
9 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
17 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)



.jpg)







