Xəzərin Azərbaycan sektorunda 27 yatağın hesablanması işlərinə başlanıb
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşübAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru Con Vallas ilə görüşüb.
Strateji yataqların karbohidrogen ehtiyatlarının “DeGolyer and MacNaughton” şirkəti tərəfindən beynəlxalq standartlara uyğun olaraq hesablanması, həmçinin yataqların modelləşdirilməsi işləri üzrə 2017-ci ildən etibarən davam etdirilən əməkdaşlıqdan məmnunluq ifadə edilib.
Əməkdaşlıq çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda 27 yatağın SPE-PRMS təsnifatı əsasında hesablanması istiqamətində işlərə başlanıldığı qeyd edilib.
Görüşdə SOCAR-ın strateji hədəflərindən və qarşıya qoyulan vəzifələrdən bəhs edilib, səmərəliliyin daha da artırılmasının və optimallaşdırmanın təmin edilməsinin şirkətin uzunmüddətli Korporativ Strategiyasının əsas istiqamətlərindən olduğu bildirilib, hasilatın optimallaşdırılması istiqamətində atılan addımlar və qarşılıqı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 44 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI

























