Sahibkarlıq fəaliyyəti üzrə lisenziya üçün müraciət qaydaları
Sahibkarlıq fəaliyyəti üzrə lisenziya üçün hara müraciət etmək və hansı sənədləri təqdim etmək lazımdır?
İqtisadiyyat Nazirliyi tərəfindən hazırda 23 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyalar verilir. Nazirlik tərəfindən “Lisenziyalar və icazələr” portalı ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tabeliyində olan KOB evləri, və 11 “ASAN xidmət” mərkəzi (5 saylı Bakı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Quba, Qəbələ, Masallı, Mingəçevir, İmişli və Şəki) vasitəsilə lisenziyaların verilməsi üçün sahibkarlara xidmətlər göstərilir, ərizələrin qəbulu və lisenziyaların verilməsi həyata keçirilir. Bununla yanaşı, “ASAN xidmət” mərkəzlərində və KOB evlərində vaxta qənaət və optimal sənədləşmənin təmin edilməsi məqsədilə lisenziya almaq istəyən sahibkarlara İqtisadiyyat Nazirliyi tərəfindən məsləhət xidmətləri göstərilir.
Lisenziya almaq üçün tələb olunan sənədlər bunlardır: ərizə və ərizəyə əlavə olunan sənədlər. Ərizəçi hüquqi şəxs olduqda ərizəyə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın, fərdi sahibkar olduqda isə şəxsiyyət vəsiqəsinin surəti əlavə olunur. Bundan əlavə, ərizəyə vergi ödəyicisi kimi uçota alınma haqqında şəhadətnamənin, ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti, lisenziya şərtlərinin yerinə yetirilməsini təsdiq edən sənədlər əlavə edilir. Fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən şərtlərin və Nazirlər Kabinetinin müəyyən etdiyi əlavə şərtlərin yerinə yetirildiyini təsdiq edən sənədlər də təqdim edilməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 45 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI


























