Şirkət 92 fəhlənin vəzifəsini yüksəldib
Fəhlədən İnkişaf Layihəsində 92 nəfər mütəxəssis vəzifəsinə yüksəlib(®) Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “AVT Logistics” şirkəti karyeralarında inkişaf etmək istəyən əməkdaşlara dəstək məqsədi ilə Fəhlədən İnkişaf Layihəsini (FİL) davam etdirir.
İndiyə qədər layihədə iştirak edən 92 əməkdaş şirkətdə müxtəlif sahələr üzrə mütəxəssis və texniki icraçı kateqoriyalı vəzifələrə yüksəlib.
Azərbaycanın əmək bazarında ixtisaslı kadrlar yetişdirmək məqsədi daşıyan Fəhlədən İnkişaf Layihəsində üç il ərzində 142 əməkdaş iştirak edib.
Qeyd edək ki, layihədə iştirak edən əməkdaşlar təlimlər müddətində müvafiq vəzifənin tələb etdiyi nəzəri və praktik biliklərə yiyələnirlər. Proqram çərçivəsində logistika sahəsində fəhlə olaraq çalışan əməkdaşların bilikləri təkmilləşdirilərək müvafiq sahələr üzrə menecer, mütəxəssis və digər ixtisas tələb edən vəzifələrə sahib ola bilirlər.
Veysəloğlu Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır. Şirkətlər Qrupu 2022-2023-cü illərdə Deloitte şirkətinin təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsinin qaliblərindəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
-
1 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 1 saat əvvəl
-
1 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
14 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
Rəsmi məzənnələr açıqlandı
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Ən çox oxunanlar
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"

























