Azərbaycanda da "Domino's Pizza"nın master françayzisindən Rusiya biznesi barədə qərar
Rusiyada "Domino's Pizza"nın sahibi iflas proseduruna başlayıbTürkiyə, Rusiya, Azərbaycan və Gürcüstanda "Domino's Pizza"nın master françayzisi olan Hollandiyanın "DP Eurasia" şirkəti Rusiyadakı biznesi olan "DP Russia" şirkətinin iflas proseduruna başlamaq qərarına gəlib.
Marja.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Yəni "Domino's Pizza Russia" şirkəti müflis elan ediləcək.
"DP Eurasia" şirkəti bu qərarın “getdikcə çətinləşən şərtlər” fonunda verildiyini bildirib. "DP Eurasia" şirkəti, Rusiyanın Ukraynaya hücumundan sonra Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların təsiri ilə əlaqədar Rusiyada mövcudluğunu nəzərdən keçirib.
İflas proseduru başa çatdıqdan sonra şirkət Rusiyada fəaliyyətini dayandıracaq. "Domino's Pizza Russia" şirkətinin 520 milyon rubl və ya 4,3 milyon funt sterlinq həcmində xarici borcu onun Türkiyədəki törəmə şirkəti mövcud nağd resurslar hesabına ödənilib..
İflas prosedurundan əvvəl şirkətin Rusiyadakı biznesini satmaq cəhdləri olmuşdu.
Mart ayında “DP Eurasia” Rusiyada investisiyalardan imtina etdiyini elan edib.
Domino's Pizza-nın Rusiyada ilk filialı 1998-ci ildə açılıb. Hazırda şəbəkənin ölkə üzrə 170-ə yaxın restoranı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
32 d. əvvəl
Azərbaycandan Qanaya biznes missiyanın təşkili planlaşdırılır
-
44 d. əvvəl
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
-
1 saat əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
1 saat əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
Ən çox oxunanlar
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi







.jpg)








.jpg)



