"Əlimiz-qolumuz bağlanıb, tikinti apara bilmirik" – BU PROBLEM BİZNESƏ CİDDİ ƏNGƏLDİR
Dünən Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz investorlarla görüşdükdən sonra açıqlamalar verib. O bildirib ki, Türkiyədə sənaye üçün ayrılan torpaqlar Avropa ölkələrindən xeyli aşağıdır. Təklif olunur ki, qeyri-münbit, kənd təsərrüfatı fəaliyyətləri üçün səmərəsiz olan torpaq sahələri sənayenin planlı şəkildə genişləndirilməsi üçün ayrılmalıdır.
Azərbaycanın iş adamları da bildirirlər ki, ölkəmizdə də sənaye təyinatlı torpaqların çatışmazlığı problemi var, xüsusilə Bakı və Bakıətrafı ərazilərdə bu baxımdan vəziyyət çox pisdir.
Azərbaycanda istehsal və ticarət sahələrində tanınmış şirkətlərdən birinin rəhbəri (adının açıqlanmasını istəmədi) Marja.az-a bildirdi ki, sənaye təyinatlı torpaq sahələri olmadığı üçün istehsal fəaliyyətlərini genişləndirə bilmirlər:
"Böyük şəhərlərin ətrafındakı ərazilər sənaye təyinatlı torpaqlar edirlər ki, iş adamları öz sənaye müəssisələrini yaratsınlar, iş yerləri açsınlar. Bakının ətrafında sənaye təyinatlı torpaq sahələri demək olar ki, yoxdur, hamısı kənd təsərrüfatı təyinatlı torpaqlardır. Bizim özümüzün Məhəmmədlidə torpaq sahəmiz var, istəyirik orada daha bir istehsal sahəmizi yaradaq, anbar tikək. Lakin torpaq sahələri kənd təsərrüfatı təyinatlı olduğundan sənaye üçün istifadə etməyimiz mümkün olmur. Qeyri-münbid, gölməçələrin, şirin suyun olmadığı torpaqlar kənd təsərrüfatı təyinatlıdır.
Bizim sahədə gölməçələr var idi, onları qurutmuşuq. Orada istehsal sahəmizi, anbarımızı yaratmalı olsaq 100-200 civarında yeni iş yeri yaradacağıq. Eyni zamanda, Bakıda yerləşən anbarımızın bir hissəsi buraya köçürüləcəyindən şəhərin "tıxc" probleminin həllinə kömək edəcək".
İş adamı qeyd etdi ki, Bakı ətrafında çox az sənaye təyinatlı torpaqlar olduğundan tikintiyə icazə almaq olmur:
"İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondundan güzəştli kredit cəlb edən zaman şərtlərdən biri bu olur ki, mütləq müəssisənin qurulacağı ərazi sənaye təyinatlı torpaq olmalıdır. Lakin belə torpaq tapmaq çox çətindir. Mən daxil, çoxlu iş adamı tanıyıram ki, bu problemə görə əlləri-qolları bağlanıb, tikinti apara bilmirlər. Əgər tikinti apara bilsək sərmayələr artacaq, valyuta Azərbaycanda qalacaq, iqtisadi artıma əlavə töhfə olacaq. Bu böyük bir problem kimi Azərbaycanda sənayenin inkişafının qarşısını alır. Bakı ətrafında torpaq sahələrinin kənd təsərrüfatı təyiantlı olması biznesə əngəldir. İş adamları məcbur qalıb qeyri-qanuni tikintilər aparırlar. Bizim böyməyimiz üçün yeni torpaq sahələri lazımdır, amma bu məsələdə böyük çətinliyimiz var. İstəyirik ki, iş adamlarının qarşılaşdığı bu ciddi problem tezliklə həll olunsun".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?























