10 kq şüşə və samovar: Azərbaycanda taksidə daha nəyi unudurlar
Müasir həyat tempi bizi daima tələsməyə məcbur edir və bu qaçaqaçda şəxsi əşyalarımızı haradasa unuda bilərik. Məsələn, taksidə.
“Maxim” xidmətinin mütəxəssisləri istifadəçilərin taksidə unutduqları əşyalarla bağlı müraciətlərin analizini apararaq, avtomobil salonunda ən çox tapılan əşyaların ilk onluğunu tərtib ediblər.
Xidmətin yaydığı məlumatda bildirilir ki, unudulan əşyaların reytinqində ilk yeri bu cür halların 40%-ni təşkil edən telefon tutur, ikinci yerdə 12%-lə pulqabı və çantalar gəlir. Maraqlıdır ki, taksidə unudulmuş çantalardan birinin sahibi “Maxim” dəstək xidmətinə yazdığı şərhdə onun qızılla dolu olduğunu söyləyib. 9% halda sənədlər unudulub ki, bunların da arasında pasportlara, nikah haqqında şəhadətnamələrə, buraxılış vərəqələrinə və hətta hərbi biletə rast gəlmək olar. Tapılan əşyaların 3,5%-i açarların və uşaq əşyalarının payına düşür. Həmçinin tez-tez geyim (2,9%), eynəklər və bəzək əşyaları (2,7%), plastik kartlar (1,8%) itirilir.
Nadir və qeyri-adi tapıntılar arasında 10 kq şüşə, stul, televizor, xarrat dəzgahı, büllur fincan və nəlbəki, həmçinin samovar olub.
Daha bir neçə maraqlı fakt. Sərnişinlər əşyalarını itirmələri barədə daha fəal şəkildə gündüz saat 12-16 aralığında xatırlayaraq, “Maxim” dəstək xidmətinə müraciət ediblər. 60% halda əşyalar, həqiqətən də, maşında unudulub və sahiblərinə qaytarılıb. Yerdə qalan hallarda sərnişinlərin öz əşyalarını haradasa başqa yerdə unutduqları müəyyənləşdirilib.
Taksidə unudulan əşyaları mümkün qədər tez qaytarmaq üçün “Maxim” əlavəsində səfərlərin tarixçəsinə girmək, sürücü ilə çatı seçmək, ona unudulmuş əşya barədə yazmaq və birbaşa görüş barədə razılığa gəlmək lazımdır. Bu cür variant avtomobildən düşən kimi əşyasını itirdiyinin fərqinə varan şəxslər üçün uyğundur.
Daha bir üsul – dəstək xidmətinə müraciət etməkdir. Bunun üçün “Menyu”nu açmaq, sonra “Dəstək” bəndini seçmək, əks əlaqə formasına yazmaq və ya operatora zəng etmək lazımdır. Xidmət əməkdaşları vəziyyəti araşdırmaqda və itirilmiş əşyanın sahibinə qaytarılmasında yardımçı olacaqlar.
Əşyalarınızı sonradan axtarmamaq üçün avtomobildən düşərkən sizə aid olan hər şeyi götürüb-götürmədiyinizi yoxlamağınızı tövsiyə edirik.
Xidmət Azərbaycanda öz işinə 2017-ci ildə başlayıb, ilk şəhər Bakı olub. Hazırda xidmət daha beş şəhərdə – Qəbələdə, Sumqayıtda, Gəncədə, Mingəçevirdə və Xaçmazda əlçatandır.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
24 d. əvvəl
AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası
- 27 d. əvvəl
-
53 d. əvvəl
Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub
- 1 saat əvvəl
-
2 saat əvvəl
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dünyanın 500 ən varlı adamı bir gündə sərvətinə 336 milyard dollar əlavə edib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda ixracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb
AZAL Bakı–Şımkent marşrutu üzrə uçuşlara başlayıb
Ən çox oxunanlar
Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
İyunun 17-də gözlənilən hava şəraiti
Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar




















