"Bank Respublika" daha iki göstərici üzrə 1 milyard manat həddini keçib
"Bank Respublika" ASC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 17 milyon 588 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 12 milyon 511 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Bank Respublika"nın xalis mənfəəti 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 5 milyon 76 min manat və ya 40,6% artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
Marja.az xəbər verir ki, "Bank Respublika"nın faiz gəlirləri 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 25 milyon 993 min manat və ya 41,6% artaraq 88 milyon 399 min manat, qeyri-faiz gəlirləri isə 898 min manat və ya 5,1% artaraq 18 milyon 351 min manat təşkil edib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
2023-cü ilin birinci yarısında "Bank Respublika"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 106 milyon 750 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 84 milyon 843 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 21 milyon 907 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 154 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 4 milyon 166 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin birinci yarısında "Bank Respublika"nın cəmi əməliyyat gəlirləri 79 milyon 859 min manat, cəmi əməliyyat xərcləri 65 milyon 336 min manat, əməliyyat mənfəəti 14 milyon 523 min manat təşkil etmişdi. Eyni zamanda ehtiyatdan azad olmuş 1 milyon 487 min manat mənfəətə əlavə edilmişdi. Bank həmin dövrdə 3 milyon 500 min manat mənfəət vergisi ödəmişdi.
AKTİVLƏRİ 1,7 MİLYARD MANATI AŞIB
"Bank Respublika"nın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin birinci yarısında 120 milyon 668 min manat və ya 7,6% artaraq 30 iyun 2023-cü il tarixində 1 milyard 705 milyon 525 min manat təşkil edib.
KREDİT PORTFELİ 1 MİLYARD MANATI KEÇİB
"Bank Respublika"nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin birinci yarısında 92 milyon 71 min manat və ya 9,6% aratraq 1 milyard 54 milyon 632 min manata çatıb. O cümlədən, Bankın istehlak kreditləri portfeli 21 milyon 70 min manat artaraq 248 milyon 670 min manata, biznes kreditləri portfeli 53 milyon 630 min manat artaraq 711 milyon 745 min manata, ipoteka kreditləri portfeli isə 17 milyon 373 min manat artaraq 93 milyon 977 min manata yüksəlib.
DEPOZİT PORTELİ DƏ 1 MİLYARD MANATI AŞIB
"Bank Respublika"da depozitlər 2023-cü ilin birinci yarısında 2022-ci ilin sonu ilə müqayisədə 103 milyon 709 min manat və ya 10,7% aratarq 1 milyard 69 milyon 602 min manata qalxıb. O cümlədən, fiziki şəxslərin depozitləri 70 milyon 80 min manat artaraq 629 milyon 43 manata, hüquqi şəxslərin depozitləri isə 33 milyon 629 min manat artaraq 440 milyon 559 manata yüksəlib.
30 İyun 2023-cü il tarixində "Bank Respublika" 141 milyon 440 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 5 d. əvvəl
-
37 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
44 d. əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
1 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
1 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Ən çox oxunanlar
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir






.jpg)
.jpg)







.jpg)





