Nazir Məcnun Məmmədov aqrar sahədə ixtisaslaşmış startapçılarla görüşüb
Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü və Aqrar İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə ölkəmizdə aqrar texnologiyalara dair müxtəlif müsabiqə, yarışma, hakaton və festivallar keçirilir. Bu müsabiqələrin əsas məqsədi aqrar sahədə innovasiyaların təşviqi və tətbiqinə, aqrar startapların inkişafına, innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə və aqrar idarəetmənin təkmilləşdirilməsinə dəstək göstərməkdir.
Bu, Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar sahəyə dair müxtəlif yarış, müsabiqə və festivallarda öz startap layihələri ilə iştirak etmiş gənclərlə görüşüb. Nazir müsabiqələrdə təqdim olunan startap layihələrini müsbət qiymətləndirib, bu layihələrin gələcəkdə kənd təsərrüfatı məhsullarının istehsalında səmərəliliyin artmasına müsbət təsir göstərəcəyinə əminliyini vurğulayıb. Nazirlik tərəfindən aqrar startaplara hər cür dəstəyin göstəriləcəyini deyən Məcnun Məmmədov aqrar sahədə tətbiq olunacaq yeni texnologiyaların ölkə iqtisadiyyatının inkişafına dəstək verəcəyini bildirib və bu istiqamətdə göstərdikləri fəaliyyətdə startapçılara uğurlar arzulayıb.
Görüşdə qeyd olunub ki, bölgələrdə keçirilən Aqrar İnnovasiya Festivallarında 10-dan artıq ali məktəbin 20-dən çox startap komandası iştirak edir. “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalı, “Agro X”, “Greenovation”, “Ideathon on Agrinnovation”, “Baku Food Hackathon”, “Gələcək üçün bacarıqlar” müsabiqələrində iştirak etmiş startapçılar öz layihə və prototiplərini təqdim ediblər.
Layihələr arasında fındıq məhsulunu toplayan qurğu, arıçılıqda “varatoz” gənəsinə qarşı mübarizə, yerli bal istehsalçıları arasında birbaşa əlaqələrin qurulması üzrə platforma, suvarmanın süni intellektlə idarəolunması məqsədilə avadanlıq və web platforma, avtomobillər üçün portativ qida bloku, qrunt sularını idarəedən səki daşları, bioqaz, geni modifikasiya olunmuş baramalar, iqlim stansiyası, dəqiq suvarma idarəçiliyi üçün sensor, ağıllı istixana idarəetmə sistemi, alaq otlarını lazer sistemi ilə təmizləyən aqro-robot kimi startaplar daha çox maraq doğurub.
Görüşdə məhsul istehsalının artırılması üçün aqrotexniki qulluq qaydalarını asanlaşdıran startap layihələri ilə bağlı fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
38 d. əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 45 d. əvvəl
- 47 d. əvvəl
-
56 d. əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)









.jpg)





