“Cahan Holding”ə məxsus Qafqazda ən böyük enerji və sərinləşdirici içkilər zavodunun açılışı olub
Zavodun üç növbəli iş rejimi ilə ildə 230 milyon dəmir içki bankası istehsal etmək gücü var. Müəssisənin fəaliyyəti üçün ümumilikdə 300 nəfər yeni işçi cəlb olunub(®) 11 iyul, 2023-cü il tarixində “Cahan Holding”ə daxil olan ENNA şirkətinin Naxçıvanda yerləşən enerji və sərinləşdirici içkilər zavodunun açılışı olub.
Holdinqdən Marja.az-a daxil olmuş məlumatda bildirilir ki, müasir avadanlıqlarla təchiz olunmuş zavod istehsal həcminə görə Qafqazın ən iri enerji və sərinləşdirici içki zavodudur.
Açılış tədbirində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, “Cahan Holding”in qurucusu Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov, holdinqin və ENNA şirkətinin rəhbər heyətləri iştirak ediblər.
Açılışda qonaqları salamlayan Vüqar Abbasov müəssisə və zavod barədə qonaqlara ətraflı məlumat verib. O bildirib ki, layihə ölkəyə idxal edilən məhsulların yerli istehsalla əvəz edilməsi, Naxçıvanda yeni iş yerlərinin açılması, regionda yaşayan əhalinin məşğulluğunun təmin edilməsi, əhalinin maddi rifahının yaxşılaşdırılması baxımından mühüm hadisədir.
“Müəssisə bizə xarici ölkələrə də satış etmək imkanı verir. İnanıram ki, zavodun müştəri məmnuniyyətinə səbəb olan məhsullar qonşu dövlətlərə, Orta Asiya və Ərəb ölkələrinə də ixrac olunacaq” - V. Abbasov bildirib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli öz çıxışında bildirib ki, dövlət başçısının təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində bundan sonra da Naxçıvanda yeni müəssisələr yaradılacaq. Müəssisələrin kadr potensialı məsələsinə toxunan səlahiyyətli nümayəndə, muxtar respublikada fəaliyyət göstərən ali, orta ixtisas və peşə təhsili müəssisələrinin potensialından istifadə edərək müasir peşə bacarıqlarına malik savadlı kadrların yetişdirilməsinin vacibliyini vurğulayıb.
Çıxışların ardınca qonaqlar zavod ərazisini ziyarət edərək müəssisəsinin Keyfiyyət və Prosesə Nəzarət şöbəsinin sınaq laboratoriyası ilə tanışlıq olub. Daha sonra istehsal müəssisəsi işə salınıb və ziyarətçilər istehsal prosesi ilə yaxından tanış olublar. Ziyarət zamanı zavod işçiləri qonaqları təhlükəsizlik və avadanlıqların işləmə prinsipi barədə suallarını cavablandırıblar.
ENNA MMC şirkəti 2022-ci ildə “Cahan Holding” tərəfindən ölkədə enerji və sərinləşdirici içkilərin istehlakı istiqamətində daxili tələbatı ödəmək məqsədilə yaradılıb. Müəssisənin əsas hədəfi fəaliyyəti dövründə hər il istehsal həcmini intensiv olaraq artırıb, Naxçıvan Muxtar Respublikasının sərhədləri xaricinə çıxarmaq, digər regionlara qazlı içkilərin satışı həyata keçirməkdir. Zavodun üç növbəli iş rejimi ilə ildə 230 milyon dəmir içki bankası istehsal etmək gücü var. Müəssisənin fəaliyyəti üçün ümumilikdə 300 nəfər yeni işçi cəlb olunub. Bunun üçün yerli potensialdan istifadə edilib.
Zavodda GMP təhlükəsizlik standartının tətbiqi və quraşdırılmış innovativ texnologiyalar sayəsində məhsullar insan əli dəymədən istehsal edilir. İstehsal edilmiş məhsullar müasir laboratoriyada test edilib keyfiyyəti təsdiq edildikdən sonra satışa çıxarılır.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 18 saat sonra
-
-
4 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
5 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 5 saat əvvəl
-
6 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
6 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb






















