"Havaların qeyri-sabit keçməsi pomidor tağlarına ziyan vurur.Yetişəndə satış qiyməti də ucuz olur"
Xaçmazda açıq tarla şəraitində yetişdirilən pomidor sahələrində iyulun 20-dən sonra kütləvi məhsul yığımına başlanılacaq.
Bu il rayonda 1934 hektar pomidor əkilib.
May ayından sahələrə köçürülən pomidor şitilləri mövsüm boyunca 10-12 dəfə suvarılıb, zərərvericilərə qarşı 4-5 dəfə dərmanlanıb. Bir hektar pomidor sahəsindən orta hesabla 40-50 ton məhsul almaq mümkündür. Xaçmazda əsasən pomidorun “Lajen”, “Sultan”, “Sevimli” növləri becərilir.
Qədimalıqışlaq kəndində pomidor becərən təsərrüfatçı Yusif Məmmədov bildirib ki, sahələrdə məhsul boldur. “Biz hər il pomidor əkirik. Bu il 0,4 hektar sahədə pomidor əkmişik. Bu il məhsuldarlıq yaxşıdır. Amma havaların qeyri-sabit keçməsi pomidor tağlarına ziyan vurur. Yağış yağır, ardınca qızmar günəş olur. Bitkinin yarpaqları yanır, zəifləyir. İndi də tək-tək qızaran pomidorlar var. Amma kütləvi yığım təxminən on gün sonra başlayacaq. İyulun 20-dən sonra bazarlardan dadlı Xaçmaz pomidorunu almaq mümkün olacaq”, - deyə Yusif Məmmədov söyləyib.
Əsasən yerli bazarlara satılan Xaçmaz pomidorunun ixrac potensialı da var. Amma rayonda açıq tarla şəraitində yetişdirilən tərəvəzin çox az hissəsi xaricə göndərilir. Hazırda xaçmazlı təsərrüfatçılar daha çox meyvəçiliyə üstünlük versə də, keçmiş sovet dövründə bu rayonda yetişdirilən pomidor bütün ölkədə məşhur idi. Fermerlər bildirirlər ki, pomidorun xaricə satılması ölkəmizə valyuta gətirməklə yanaşı, fermerlərin daha çox gəlir əldə etməsinə şərait yaradar.
“Ötən il pomidorun sahədən topdansatış qiyməti 25-30 qəpik idi. Xaçmaz pomidoru konservləşdirmək üçün də uyğundur. Amma bizim məhsul yetişəndə satış qiyməti ucuz olur. Bu səbəbdən pomidor əkənlərin sayı ildən-ilə azalır”, - deyə Yusif Məmmədov söyləyib.
Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, ötən il Xaçmazda 2003 hektar pomidor sahəsindən 69 min 18 ton məhsul yığılıb.
© Azərtac
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
2 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
4 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"
























