“Promex Tech AZ” şirkəti “XCMG” əmtəə nişanının rəsmi dileri oldu – FOTOLAR
(®) Azərbaycan və Çin şirkətləri arasında daha bir əməkdaşlığa imza atılıb.
7 iyul tarixində “Ritz Carlton” otelində ağır texnika və avadanlıq istehsalçısı olan "XCMG" əmtəə nişanının Azərbaycanda rəsmi təmsilçisi olan "Promex Tech AZ" şirkətinin açılışı və təqdimetmə mərasimi baş tutub.
Açılış mərasimində çıxış edən "XCMG" zavodunun ixrac üzrə baş direktor müavini Li Czin şirkətin fəaliyyəti və dünya bazarında reytinqi ilə bağlı geniş məlumat verib. O, bildirib ki, şirkət Çinin ən böyük istehsalçı kooperasiyasıdır:
"XCMG" Çin Xalq Respublikasının maşınqayırma sahəsinin lider şirkəti olaraq rəsmi nəşrlərin reytinqlərinə uyğun Rusiyada 1-ci, dünya bazarlarında isə 3-cü yerdə yerləşən bir şirkətdir. Bu gün bizim tərəfdaşımız olan "Promex Tech AZ" şirkəti Azərbaycanda öz filialını açır. Bu, bizim Azərbaycanla əməkdaşlığımıza töhfə verəcək. Ümid edirik ki, əməkdaşlığımız bir sıra nailiyyətlərə yol açacaq".
Mərasim iştirakçılarının hər birinə öz minnətdarlığını bildirən "Promex Tech AZ" şirkətinin təsisçilərindən biri olan Xəyyam Nisanov isə qeyd edib ki, şirkət tikinti texnikası və avadanlıqlarının istehsalı ilə məşğul olaraq dünya bazarında ən geniş məhsul xəttini təqdim edir:
"Şirkətimiz dünyanın aparıcı istehsalçılarından maşın, avadanlıq və ehtiyat hissələrinin birbaşa, kompleks tədarükünün həyata keçirilməsində ixtisaslaşıb. Şirkət müxtəlif sənaye sahələrində istifadə üçün maşın və avadanlıqların tam çeşidini təklif edir. Şirkətimizin əsas vəzifəsi istehlakçıları müasir tikinti, yol, sənaye maşın və avadanlıqları, aparıcı dünya istehsalçıları, eləcə də ehtiyat hissələri ilə təmin etməkdir.
Məlumdur ki, ölkəmizdə sahibkarlığın və biznesin inkişafına dəstək yüksək səviyyədədir. Bu baxımdan beynəlxalq şirkətlərlə əməkdaşlıq etmək çox vacibdir. Bu gündən etibarən "Promex Tech AZ" şirkəti "XCMG" şirkətinin rəsmi nümayəndəliyi olaraq fəaliyyətə başlayır. Ölkəmizdə maşınqayırma sahəsinin daha da inkişafına töhfə verəcəyimizə inanıram".
Açılış mərasimində çıxış edən etibarən "Promex Tech AZ" şirkətinin digər təsisçiləri Mısko Aleksey Aleksandroviç və Kuropatkin Dmitri Vladimiroviç də çıxışları zamanı şirkətin fəaliyyəti və Çin şirkəti ilə əməkdaşlığın perspektivlərindən bəhs ediblər.
Mərasimin sonunda "Promex Tech AZ" şirkəti ilə "XCMG" arasında əməkdaşlıq çərçivəsində sənədlər imzalanıb. Açılış mərasimində şirkət rəhbərləri, iş adamları və media nümayəndələri iştirak ediblər.
"Promex Tech AZ" şirkəti ilə əməkdaşlıq etmək istəyənlər aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərlər:
Tel: (051) 252-51-11
Email: [email protected]
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 35 d. əvvəl
- 37 d. əvvəl
- 40 d. əvvəl
-
6 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 7 saat əvvəl
-
7 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
7 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ





















.jpg)

