Tesla-dan rekord istehsal və satış
Tesla-nın ABŞ, Çin və digər ölkələrdə qiymət azaltma strategiyası onun satışları artırmağa kömək edib.Tesla-nın istehsalı və tədarükləri 80 faizdən çox artıb
Amerikanın elektrikli avtomobil istehsalçısı Tesla 2023-cü ilin ikinci rübündə istehsalını və tədarükünü illik müqayisədə 80%-dən çox artırıb.
Marja.az xəbər verir ki,üç hesabat ayında Tesla elektrik avtomobillərinin istehsalı 85,5% artaraq 479,7 min ədədə çatıb ki, bu da rüblük müqayisədə 8,8% çoxdur.
Model S və X elektrik avtomobillərinin istehsalı illik müqayisədə (ötən ilin ikini rübü ilə) 18,8% və rüblük müqayisədə (birinci rüb ilə) 0,3% artaraq 19 min 489 ədədə çatıb.
Eyni zamanda, 460 min 211 ədəd Model 3 və Y elektromobilləri istehsal olunub ki, ötən ilin ikinci rübü ilə müqayisədə 90%, birinci rüblə müqayisədə isə 9,2% çoxdur.
İkinci rübdə illik müqayisədə 83% və ilk rüblə müqayisədə 10,2% çox olmaqla 466 min 140 ədəd elektrik avtomobili tədarük edilib (satılıb). Model S və X-in tədarükü illik müqayisədə 19%, rüblük müqayisədə isə 79,8% artaraq 19 min 225 avtomobil təşkil edib. Model 3 və Y-nin tədarükləri illik müqayisədə 87,4% və rüblük müqayisədə 8,4% artaraq 446 min 915 ədəd təşkil edib.
Amerika şirkəti "Tesla Motors" 2003-cü ildə elektrik nəqliyyat vasitələri və onlarla əlaqəli texnologiyaların tərtibatçısı və istehsalçısı kimi təsis edilmişdir. Şirkətin Qərargah Kaliforniyanın Palo Alto şəhərində yerləşir.
XXX
ABŞ-ın iri elektrik avtomobili istehsalçısı Tesla, bu ilin ikinci rübündə 479 min ədəd elektromobil istehsal edib, 466 min 140 ədəd tədarükə nail olub. Bu rəqəmlər şirkətin rüblük istehsal və satışında rekorddur.
Marja xəbər verir ki, elektrik avtomobil satışında rekord qıran şirkət, bunu əvvəlki rüblə müqayisədə 10%, əvvəlki ilə nisbətən isə 83% artırıb.
Teslanın ABŞ, Çin və digər ölkələrdə qiymət endirmə strategiyası onun satışları artırmağa kömək etdiyini göstərib. İkinci rübdə isə qiymət endirimləri şirkətin gəlirliliyinə təsir edib. Tesla, ötən ilin eyni dövrü ilə müqayisədə xalis mənfəətinin 24 faiz azaldığını bildirib.
Tesla-nın rekord avtomobil istehsalının təxminən yarısı, ehtimal ki, Şanxaydakı giga zavodunun hesabınadır. Tesla aprel ayında Çin istehsalı olan 75 min 842, mayda isə 77 min 695 elektrik avtomobili tədarük edib.
Tesla daha bahalı Model S və X elektrik avtomobillərindən daha çox Model 3 və Y elektromobilləri istehsal edib. Ümumilikdə, Tesla 460 min 211 Model 3 və Model Y və 19 min 489 ədəd Model S və Model X istehsal edib.
Elon Musk Tesla-nın rəhbəridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
22 d. əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 18 saat əvvəl
-
-
18 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi













.jpg)





