Dövlət Agentliyi 2022-ci ildən də başabaş çıxıb - GƏLİRLƏRİ 2 MİLYARD MANATDAN ÇOX ARTIB
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2022-ci ildə nə mənfəət əldə edib, nə də zərər edib. Agentlik 2022-ci ildən də qalıqsız çıxıb.
Marja.az xəbər verir ki, 2022-ci ildə Dövlət Agentliyinin gəlirləri 4 milyard 80 milyon 377 min manat, xərcləri də 4 milyard 80 milyon 377 min manat təşkil edib.
2021-ci ildə Dövlət Agentliyinin gəlirləri 2 milyard 1 milyon 520 min manat, xərcləri də 2 milyard 1 milyon 520 min manat təşkil etmişdi.
31 Dekabr 2022-ci il tarixində Avtomobil Yolları Dövlət Agentliyi 27 milyard 397 milyon 103 min manat cəmi aktivlərə malik olub. Agentlik 2021-ci ilin sonunda 22 milyard 556 milyon 441 min manat cəmi aktivlərə malik idi.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərən, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsini, istismarını, bərpasını, təmirini, yenidən qurulmasını və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, o cümlədən yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirən publik hüquqi şəxsdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
13 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
14 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
15 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI























