"Azpetrol"ların sayı artır
"Azpetrol" Şirkəti iyulun 15-də Qaradağ rayonunda yeni yanacaqdoldurma məntəqəsi açıb.
Bu, “Azpetrol”un sayca 88-ci yanacaqdoldurma məntəqəsidir.
Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, yeni məntəqənin açılışında Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi və digər qonaqlar iştirak ediblər.
Məntəqənin açılışı zamanı "Azpetrol" şirkətinin baş direktoru Ceyhun Məmmədov qeyd edib ki, Şirkətin yeni yanacaqdoldurma məntəqəsinin bugünkü açılışı “Azpetrol”un yaranmasının 20 illik yubileyinə düşdüyündən daha əlamətdardır.
Belə ki, 15 iyul 1997-ci il tarixində Bakı şəhəri Tbilisi (indiki Moskva) prospektində özünün ilk yanacaqdoldurma məntəqəsinin açılışı ilə fəaliyyətə başlayan "Azpetrol" həm beynəlxalq standartlara cavab verən müasir iş yerlərinin yaradılması, həm də mütərəqqi texnologiyalara əsaslanan operativ idarəetmə sisteminin qurulması baxımından respublika iqtisadiyyatına, xüsusilə özəl sektora yeni nəfəs gətirən ilk şirkətlərdən olub.
"Azpetrol" şirkətinin yaranması, inkişafı və uğurlu fəaliyyət göstərməsi Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda sahibkarlığın inkişafı və iqtisadiyyatın tərəqqisi sahəsində görülən işlərin nəticəsində mümkün olub və respublikanın neft strategiyasının inkişafına təkan vermiş 1994-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanmasının məntiqi nəticəsidir.
Şirkətin Baş direktoru daha sonra vurğulayıb ki, yanacağın keyfiyyətinin yaxşılaşdırılması və məntəqələrin fasiləsiz yanacaqla təmin edilməsi məqsədilə 1999-cu ildə müasir standartlara cavab verən, Avropanın qabaqcıl ölkələrində istehsal olunmuş elektron avadanlıqlarla, yanğından mühafizə, təhlükəsizlik və yanacağın keyfiyyətinə nəzarət sistemləri ilə təchiz edilmiş Neft bazası və yanacağın YDM və QDM-lərinə fasiləsiz olaraq və vaxtında çatdırılması məqsədi ilə yanacaqdaşıyan maşınların Avtoparkı istismara verilib. Beynəlxalq standartlara uyğun təşkil olunmuş həmin Avtoparkda 120 yanacaq daşıyan avtomobil istənilən vaxt yola çıxmağa hazırdır.
Şirkət 2001-ci ildən etibarən nağdsız hesablaşmalar üzrə “Petrol Plus Offline“ sistemini tətbiq etmiş, 2011-ci ildən isə həmin xidmətdən istifadə edən müştərilərin sayının artdığını və 6500-dən yuxarı olduğunu, kartların sayı isə 100.000-dən yuxarı ötdüyünü nəzərə alaraq, tərəfimizdən daha müasir və təhlükəsizlik baxımından daha etibarlı olan “Petrol Plus Online” proqramının tətbiqinə başlanılıb.
"Azpetrol" şirkəti özündə üç istiqaməti - keyfiyyəti idarəetmə sistemini (İSO -9001:2015), ətraf mühit idarəetmə sistemi (İSO - 14001:2015), İş sağlamlığı və əməyin təhlükəsizliyini (OHSAS - 18001:2007) əks etdirən birləşmiş sistemin tətbiqini nəzərdə tutan yeni inkişaf proqramını uğurla həyata keçirir.
Hazırda “Azpetrol“un respublikamızın şəhər və rayonlarında 88 YDM və QDM-i fəaliyyət göstərir. Onların hesabına 3305 nəfərlik iş yeri yaradılıb. Bu gün isə yeni açılan yanacaqdoldurma məntəqəsində 48 nəfər daim iş yeri ilə təmin edilib.
"Azpetrol" şirkəti bundan sonra da yanacaqdoldurma məntəqələr şəbəkəsini genişləndirməyi planlaşdırır. Belə ki, Şirkət bu ilin sonunda Siyəzən rayonunda daha bir YDM açacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
12 d. əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
-
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
17 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 17 saat əvvəl
-
18 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
18 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb






















