Audi-nin başına bəla olan reklam
Audi-nin yaydığı bir televiziya reklamı Çində narazılıq yaradıb.
"Marja" xəbər verir ki, Almaniyanın avtomobil istehsalçısı Audi-nin, qadınları ikinci əl avtomobilə bənzədən reklamı, Çinin "Twitter"ı kimi tanınan "Weibo"da minlərlə qadının markaya reaksiya verməsinə səbəb olub və boykot çağırışları edilib.
2017-ci ilin ilk yarısında Çində satışları 15 faiz düşən Audi üçün bu heç də yaxşı bir hadisə deyil. Mübahisə yaradan reklam belədir:
-Audi-nin reklamı evlənmək isləyən cütlük ilə başlayır və nigah mərasimi zamanı bəyin anası "Bir dəqiqə gözləyin!" deyərək birdən-birə ortaya çıxır. Gəlini süzməyə başlayan qaynana, əvvəl gəlinin burnunu çəkir, sonra qulaqlarının arxasını nəzarət edir və sonda gənc qadının ağzını açıb dişlərinə baxır.
İşini bitirdikdən sonra yerinə qayıdan qayınana, cütlüyə dönərək "tamamdır" işarəsi edərək razılıq verir. Ancaq birdən qayınananın özü gəlinin sinəsini görür və onda məmnuniyyətsiz bir baxış yaranır. Səhnə dəyişdikdən sonra isə küçədə gedən bir Audi avtomobil ekranda görünür və səs ilə "Mühüm qərarlar diqqətli verilməlidir" mesajı verilir.
AUDİ ETİRAZLARDAN SONRA BƏYANAT VERİB
Çinli qadınlar başda olmaqla bir çox istehlakçı reklamı cinsiyyətçilik (bir cinsin digərindən üstün olduğunu müdafiə edən fikir və ideologiya) hesab edib və Audi-ni boykot çağırışları ediblər. Çinin aparıcı feminist aktivisti Li Maizi "Çox şirkət və Çinli rəsmilər də gender bərabərliyi anlayışını başa düşmür" deyərək reaksiya göstərib.
Şanxaylı redaktor Guo Zimeng isə "Çinin güclü qadınları potensial bir Audi müştərisidir və Audi isə alıcılarına belə mesaj göndərir"? deməklə kifayətlənib.
Weibo-da "Audi ikinci əl avadanlıq" adı ilə açılan mövzu 500 min dəfədən çox baxılıb. İnsanlar reklam üçün "iyrənc" şərhini yazıblar, bunu görən Audi Çindəki ofisi vasitəsilə rəsmi bəyanat vermək məcburiyyətində qalıb.
Audi açıqlamasında, reklamın Volkswagen markasının Çindəki biznes tərəfdaşlarının ikinci əl avtomobillər üzrə departamenti tərəfindən hazırlandığı bildirilib. Audi, "dərin bir peşmançılıq" hissi keçirdiyini qeyd etdiyi açıqlamasında, reklamın heç bir şəkildə şirkət dəyərləri ilə uyğun gəlmədiyini və təkcə Çində yayımlandığını və dərhal dayandırıldığını, əlaqədar şəxslər haqqında da istintaq başladığını bildirib.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
4 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
6 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"






















