Havanın temperaturu iyunun 11-də iqlim normasından yuxarı olub
İyunun 12-si saat 9:00-a olan məlumata əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, 12-si gecə və səhər yağıntılarda fasilə olub.
Düşən yağıntının miqdarı Gədəbəydə 33.0 mm, Daşkəsəndə 13.0 mm, Qubada 10.0 mm, Lerik, Qrız, Şahbuz, Şərur, Balakən, Şəki, Qusar, Xaltan, Lənkəran, Astara, Şuşada 4.0 mm-dək olub.
Yağan leysan yağış nəticəsində saat 16:10 radələrində Quba rayonu ərazisindən axan Vəvələçay-Təngəaltıdan, saat 16:30 radələrində isə Qaraçay-Rük, Vəlvələçay-Afurcadan sel keçib.
Biləsuvar, Şərur, Lerikdə duman müşahidə olunub.
Havanın temperaturu iyunun 11-də iqlim normasından 3.8 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30-35 dərəcə isti, Naxçıvan MR-da 32 dərəcəyədək isti, dağlıq rayonlarda 23-27 dərəcə isti, aran rayonlarında 35 dərəcəyədək isti olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
21 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 22 saat əvvəl
-
23 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























