“Bakı Fond Birjası” ötən il 1,1 milyon manat gəlir əldə edib
“Bakı Fond Birjası” QSC-nin (BFB) cəmi aktivləri bu il yanvarın 1-nə 3,21 mln. manat təşkil edib.
Birjanın maliyyə hesabatına görə bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,5% azdır.
BFB-nin aktivlərinin 79,4%-ni və yaxud kredit təşkilatlarından alınacaq məbləğlər təşkil edib. 2016-cı ildə bu rəqəm 1,2% azalıb.
Ötən il Birjanın cəmi öhdəlikləri 46% azalaraq 40 min manata, cəmi kapitalı isə 3,6% azalaraq 3,287 mln. manata düşüb.
2016-cı ildə BFB-nin gəlirləri 1,104 mln. manat (2015-ci ilə nisbətən 18,6% az), xərcləri isə 1,221 mln. manat (5,7% az) təşkil edib. Son nəticədə şirkətin vergiyəqədərki zərəri 117 min manat olub.
Ötən il BFB cəmi 480 manat (əvvəlki ilə nisbətən 53,4 dəfə az) mənfəət vergisi ödəyib və ili 116 min manat xalis zərərlə başa vurub. Qeyd edək ki, Birja 2015-ci ildən 36 min manat xalis mənfəətlə çıxmışdı.
Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,26 mln. manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 5 yerli bank ("Azər-Türk Bank", “Azərbaycan Sənaye Bankı” (ASB), "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı" və ləğvetmə prosesində olan "United Credit Bank" ASC-lər), 14 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunub.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
5 d. əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
-
- 9 d. əvvəl
- 26 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
3 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb





.jpg)
.jpg)







.jpg)









