Azərbaycanda Günəş Elektrik Stansiyası istifadəyə verildi
İyunun 2-də Şərur rayonunda gücü 3 meqavat olan yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev məlumat verib ki, Şərur Günəş Elektrik Stansiyasının layihə gücünün daha 3 meqavat artırılaraq 11 meqavata çatdırılması üçün 10 may 2022-ci il tarixdə İsveçrənin “Pure Energy Development” SARL şirkəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti arasında müqavilə imzalanıb. Kənd təsərrüfatına yararsız 5,3 hektar ərazidə şirkətin Naxçıvanda yerləşən “Duzqala” MMC podratçı şirkəti tikinti-quraşdırma işlərini həyata keçirib, stansiyada hər birinin gücü 330 Vatt olan 9108 “PERC” tipli müasir “şüşə-şüşə” formalı günəş panelləri, hər birinin gücü 50 kilovatt olan 60 invertor, müasir tip kommutasiya aparatları və digər elektrik avadanlıqları ilə təmin olunmuş 3 ədəd 35/0,4 kilovoltluq 1250 kilovatt gücündə transformator yarımstansiyası quraşdırılıb. Stansiyada, ümumilikdə, 11 video-müşahidə kamerası qoyulub.
Səlahiyyətli nümayəndə günəş elektrik stansiyalarının qurulması ilə bərabər, enerji saxlanmasının vacibliyini xüsusilə, vurğulayıb.
Sonra stansiyaya baxış olub.
Qeyd olunub ki, mövcud 8 meqavat stansiyanın qapalı paylayıcı quruluşundan yeni 3 meqavat stansiyaya qədər 35 kilovoltluq əlaqələnmə güc kabeli və digər kommunikasiya kabelləri döşənib. Stansiyada daxilində 7 ədəd 35 kilovoltluq hücrələr olan ümumi qapalı paylayıcı quruluş tikilib. Şərur Günəş Elektrik Stansiyası 110/35/10 kilovoltluq “Şərur” yarımstansiyasından qidalanan 35 kilovoltluq “Arpaçay” hava elektrik verilişi xəttinə 2 dövrəli hava xətti ilə qoşulub. Stansiyanın layihə gücü 11 meqavata çatdırıldığı üçün il ərzində 16,5 milyon kilovatt-saat elektrik enerjisi istehsal ediləcək ki, bu da Şərur rayonunun elektrik enerjisinə olan tələbatının 21 faizini təşkil edəcək. Bununla da Naxçıvan Muxtar Respublikasında günəş elektrik stansiyalarının gücü 39 meqavata, illik istehsal gücü isə 58,5 milyon kilovatt-saata çatdırılacaq.
Bildirilib ki, “Pure Energy Development” SARL şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinə “Mitsubishi L200” markalı avtomobil hədiyyə edilib.
Stansiya ilə tanışlıqdan sonra Dövlət Energetika Xidmətinin əməkdaşları ilə görüşən səlahiyyətli nümayəndə deyib ki, Naxçıvanda Azərbaycanın digər bölgələri ilə müqayisədə günəş radiasiyasının faizi olduqca yüksəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvanı, ümumilikdə, “yaşıl enerji” dəhlizinə çevirməyi qarşısına məqsəd qoyduğunu bildirib, bunu üzərimizə strateji vəzifə kimi qoyub.
İsveçrənin “Pure Energy Development” SARL şirkətinin icracı direktoru Mişel Kalerami deyib ki, bu gün Naxçıvan Muxtar Respublikası üçün əlamətdar bir gündür: “3 meqavat gücündə Günəş Elektrik Stansiyası uğurla tamamlanaraq istifadəyə verilir. Bunun üçün Naxçıvan sakinlərini təbrik edirəm. Şirkətim adından Naxçıvan Muxtar respublikasında enerji sektoruna az da olsa töhfə verdiyim üçün məmnunluq ifadə etmək istərdim. 2015-ci ildən etibarən burada olmaqla bizim əsas hədəfimiz ən yüksəkkeyfiyyətli Avropa komponentləri ilə yüksək standartlara uyğun günəş elektrik stansiyalarının tikilməsi olub. Coğrafi mövqeyi və əlverişli iqlim şəraiti muxtar respublikada alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Təsadüfi deyil ki, Naxçıvan alternativ enerji üzrə regionda lider hesab olunur. Yeni stansiyaların tikintisi ilə birlikdə növbəti addım Naxçıvanda “Yaşıl enerji”nin toplanması olacaq. Azərbaycan hökumətinin dəstəyi sayəsində əminəm ki, Naxçıvan qısa zamanda “Yaşıl enerji” zonasına çevriləcək. Yaradılan şəraitə və dəstəyə görə təşəkkür edir, əməkdaşlığımızın gələcəkdə də davam etməsini diləyirəm”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
7 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
9 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
10 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 11 saat əvvəl
-
11 saat əvvəl
BOKT “Qafqaz-Kredit” 2025-ci ili zərərlə başa vurub — kredit portfeli azalıb
-
11 saat əvvəl
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
Ən çox oxunanlar
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb

















.jpg)


