Nazirlik pensiya yaşının azaldılmasına qarşı çıxdı - "Deputatlar əsaslandırılmış danışmalıdırlar"
"Bir-iki ölkə göstərirlər ki, onlarda pensiya yaşı 63-dür. Görək, növbəti illərdə bu, belə olacaqmı? Deputatlar əhaliyə mesaj vermək istəyirlər, amma bu rəqəmlərlə əsaslandırılmış olmalıdır"."Bəzən fikirlər səsləndirilir ki, 65 yaşına çatmış şəxslərin heç 30-40 faizi pensiya almır. Lakin bizdə rəqəmlər var və görürük ki, 65 yaşına çatanların 70-75 faizi pensiya alır".
Bunu açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
O bildirib ki, dinamika bu rəqəmin artacağını göstərir.
"Məsələyə ümumi olaraq deyil, daha çox differensial yanaşırıq. Çünki nə ölkədəki dinamika ümumi istiqamətdədir, nə də beynəlxalq ekspertlər bunu deyir. Düzdür, bir-iki ölkə göstərirlər ki, onlarda pensiya yaşı 63-dür. Görək, növbəti illərdə bu, belə olacaqmı? Bizdə hazırda qadınların pensiyaya çıxma yaşı 63-dür, lakin 2027-ci ilə qədər onlarda da 65 olacaq. Deputatlar əhaliyə mesaj vermək istəyirlər, amma bu rəqəmlərlə əsaslandırılmış olmalıdır. Demokrafik artım oldu və əhalimizin sayı 10 milyonu keçdi. 2040-2050-ci illərdə həmin şəxslər pensiya yaşına çatacaq. Biz də burada mütənasibliyə fikir verməliyik. Pensiya müzakirələrində 5-10 il danışılmır. 2050-2080-ci illərə dair uzunmüddətli planlar hesablanır.
Biz 5 uşağı olan qadınların, zərərli işlərdə işləyənlərin (bunlarən sayı az idi, 60-nı da əlavə etdik) daha erkən pensiyaya çıxmasını təmin edirik" - deyə o qeyd edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 d. əvvəl
SOCAR-da dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub və ödəniş məqbul hesab edilib
-
19 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 27 d. əvvəl
- 31 d. əvvəl
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub


















.jpg)
