FED rəsmilərinin açıqlamaları birjalar tərəfindən izlənilir - GÜNƏ BAXIŞ
ABŞ-da borc limiti gündəmi investorların diqqət mərkəzində qalarkən dollar indeksinin 103.85 bənd hədlərinə qədər gerilədiyi müşahidə olunub.
Ağ Ev və Respublikaçılar arasında borc limitinin artırılmasına dair prinsipial razılaşmaya baxmayaraq, Konqresdəki bürokratik prosesin qalan məhdud müddətdə tamamlanıb tamamlana bilməyəcəyi ilə bağlı narahatlıqlar fonunda birjalarda risk iştahı zəif olaraq qalır.
Borc limiti üçün görülən tədbirlərin tükənməsinə və ölkədə nağd pul qıtlığının yaşanmasına günlər qalmış əldə edilən razılaşmadan sonra Nümayəndələr Palatasının sədri Kevin MakKarti borc limitinin 2025-ci il yanvarın 1-dək artırılmasını nəzərdə tutan qanun layihəsini çərşənbə günü səsverməyə çıxarılmasının planlaşdırıldığını açıqlayıb.
Makkarti verdiyi açıqlamada borc limitinin artırılması ilə bağlı qanun layihəsinin kifayət qədər sayda respublikaçının dəstəyini alacağına əmin olduğunu bildirib.
Nümayəndələr Palatasında Azlıqların Lideri Demokrat Hakem Cefriz də borc limiti qanun layihəsinin qəbulu üçün dəstək qazanmaqda problem görmədiyini qeyd edib.
Pul-kredit siyasəti cəbhəsində ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcələrini daha 25 bənd artıracağına dair gözləntilər artarkən, FED rəsmilərinin açıqlamaları da birjalar tərəfindən izlənilir.
Riçmond FED sədri Tomas Barkin inflyasiyanın aşağı düşdüyünə əmin olmaq üçün tələbin soyuması əlamətlərini axtardığını bildirib. Barkin onu da əlavə edib ki, inflyasiyanın azaldılması çoxlarının gözlədiyindən daha çətin olacaq.
Digər tərəfdən, ABŞ-ın çip istehsalçısı Nvidia-nın səhmlərinin 3%-ə yaxın artması texnologiya paylarının artmasına səbəb oldu. Səhmlərinin artması ilə “Nvidia”-nın bazar dəyəri gün ərzində 1 trilyon dollara çatıb.
ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla-nın səhmləri də CEO Elon Maskın Çinin xarici işlər naziri Qin Qanq ilə görüşündən sonra 4%-dən çox dəyər qazanıb.
Makroiqtisadi məlumatlara gəldikdə, ABŞ-da “Conference Board” İstehlakçı Güvən İndeksi may ayında aylıq müqayisədə 1.4 bənd azalaraq 102.3 bənd olaraq açıqlanıb.
Ölkədə “S&P Case-Shiller” Milli Ev Qiymətlərii İndeksi də mart ayında aylıq müqayisədə 0.4% artıb.
Bu gün isə Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi və Amerikada dərc oluanacaq “JOLTS” İş İmkanları və Kadr Dəyişikliklərinə dair məlumatlar investorların diqqət mərkəzində olacaq.
TƏhlik İnvestAZ şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 15 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
2 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub


















