"Türk lirəsinin dollar qarşısında 29% dəyər itirməsi riski var" - SEÇKİNİN ARDINDAN PROQNOZLAR AÇIQLANDI
ABŞ investisiya bankı Morgan Stanley bildirib ki, seçkilərdə qalib gələn prezident Rəcəb Tayyib Ərdoğan aşağı faiz siyasətinə əməl etməyə davam edərsə,ABŞ-ın iri investisiya bankı Morgan Stanley bildirib ki, Prezident seçkisində qalib gələn Rəcəb Tayyib Ərdoğan aşağı faiz siyasətinə əməl etməyə davam edərsə, türk lirəsinin dollar qarşısında 29% dəyər itirməsi riski var.
Marja.az xəbər verir ki, Morgan Stanley-in analitikləri hazırladıqları hesabatda, ABŞ dolları /Türk Lirəsi məzənnəsinin gözlənildiyindən daha tez 26 lirə səviyyəsinə çata biləcəyini və siyasət istiqamətində dəyişiklik olmazsa ilin sonuna qədər 28 lirəyə yaxınlaşa biləcəyini yazıblar.
Hesabatda, “Türkiyənin yüksək xarici maliyyə ehtiyacları makro risklərin davam etməsinə səbəb olacaq. Mövcud makro siyasət çərçivəsi dəyişmədikcə, ölkə qlobal şoklara (əmtəə qiymətləri, FED) qarşı artan həssaslıqla üzləşiləcəkdir”, - deyilir.
İnvestorlar seçkidən sonra Türkiyədə aparılacaq iqtisadi siyasətləri yaxından izləyirlər. Ərdoğanın qarşıdan gələn yerli seçkilərə qədər ortodoksal (qeyri-ənənəvi) iqtisadi siyasətə qayıdıb-qayıtmayacağı valyuta məzənnələrinin və bazarların istiqamətini müəyyən edəcək.
WELLS FARGO-DAN DOLLAR/TL PROQNOZU
ABŞ-ın ən böyük banklarından olan Wells Fargo-nun İnkişaf etməkdə olan Bazarlar üzrə İqtisadçısı və Valyuta Strateqi Brendan MakKenna seçkidən sonra dollar/Türk Lirəsi məzənnəsi ilə bağlı proqnozlarını açıqlayıb.
Wells Fargo-nun analitiki MakKenna CNBC-yə deyib: "Bizim türk lirəsinə kifayət qədər bədbin baxışımız var, çünki Ərdoğan seçkidən sonra vəzifədə qalır".
“Türkiyə üçün çox qaranlıq iqtisadi və bazar perspektivi var”, deyən McKenna, dollar/TL-nin ikinci rübün sonunda dollar qarşısında yeni rekord səviyyəyə - 23, gələn il isə 25-ə çata biləcəyini deyib.
McKennaya görə, bütün ssenaridə yeganə ümid işığı Mərkəzi Bankın Yaxın Şərq ölkələri və Çinlə valyuta ehtiyatı svop xətləri (SWAP) təmin etmək qabiliyyətidir. "Əgər onlar bu ehtiyat pul limitlərini genişləndirə bilsələr, bəlkə də ehtiyat valyuta müdaxiləsində müəyyən dəstək ola bilər", - deyib.
Bank seçkidən əvvəl dərc etdiyi təhlildə dollar/TL məzənnəsinin 2023-cü ilin ikinci rübünün sonunda 22 TL-yə çata biləcəyini və lirənin daha da kəskin ucuzlaşa biləcəyini bildirmişdi.
Qeyd edək ki, bu gün Dollar/Türk lirəsi məzənnəsi 20,06 səviyyələrinə qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 15 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
2 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub






















