“Finans Kredit” 3 dəfə böyüyüb - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bank Olmayan Kredit Təşkilatı “Finans Kredit” MMC 31 Dekabr 2022-ci il tarixinə olan maliyyə göstəricilərini açıqlayıb.
Marja.az Təşkilatın 31 Dekabr 2022-ci il tarixində bitən il üzrə maliyyə hesabatlarına istinadən xəbər verir ki, BOKT “Finans Kredit” ötən ili 40 min 317 manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2021-ci ili 45 min 652 manat xalis mənfəət ilə bağlamışdı.
“Finans Kredit”in faiz gəlirləri 2021-ci ildə 112 min 293 manat ikən, 2022-ci ildə 287 min 595 manata yüksəlib (175 min 302 manat və ya 156% (2,6 dəfə) artıb)
“Finans Kredit”in kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2022-ci ildə 2021-ci illə müqayisədə 1 milyon 429 min 551 manat və ya 3,2 dəfə artaraq 2 milyon 74 min manata çatıb.
Ötən il “Finans Kredit”in cəmi aktivləri 3 dəfə artaraq 2 milyon 493 min 782 min manata yüksəlib. Kredit təşkilatı 2021-ci ilin sonunda 837 min 707 manat cəmi aktivlərə malik idi.
31 Dekabr 2022-ci il tarixində “Finans Kredit” 300 min manat nizamnamə kapitalına malik olub.
Bank Olmayan Kredit Təşkilatı “Finans Kredit” MMC 2020-ci ilin Noyabr ayında lisenziya almış və 2021-ci ildən faktiki fəaliyyətə başlamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
6 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
6 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
7 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 7 saat əvvəl
-
8 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 8 saat əvvəl
-
9 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
























