"Heyvanların ifrazatlarından bioqaz enerjisinin alınması layihəsi hazırlanıb, Nazirliyə təqdim edilib"
Azərbaycanda iribuynuzlu heyvanların ifrazatlarından bioqaz enerjisinin alınması ilə bağlı layihə hazırlanıb və Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilib.
Bunu açıqlamasında nazirliyin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev bildirib.
"Mal-qaradan bioqaz enerjisinin alınması geniş tətbiq edilir. Bu istiqamətdə nazirliyə layihə təqdim etmişik, nəticələrini gözləyirik. İribuynuzlu maldarlıqda peyinin yığılması nəticəsində metan qazının alınması və bunun əhaliyə təqdim edilməsi nəzərdə tutulur”,- deyə o vurğulayıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il yanvarın 1-i vəziyyətinə ölkədə 7 772,1 min baş qoyun və keçi, 2 628,6 min baş iribuynuzlu mal-qara, o cümlədən 1288,7 min baş inək və camış olub.
©“Report”
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
4 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
6 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"






















