Azər Türk Bankdan sahibkarlar üçün "Faktorinq" kredit xətti
(®) Dövlət bankı Azər Türk Bank əlverişli şərtlərlə «Faktorinq» kredit xətti məhsulunu təklif etməkdədir.
Bu məhsulun neçə müddətdən bəri tətbiqi korporativ müştərilərin öz dövriyyə vəsaitlərindən daha rasional istifadəsi, biznesin inkişaf etdirilməsində Bank tərəfindən onlara dəstək məqsədi daşıyır.
Belə ki, ticarət əməliyyatları zamanı satıcı məhsulun, göstərdiyi xidmətin dəyərini dərhal əldə etmək, alıcı isə ödənişi bir müddət sonra yerinə yetirmək istədiyi təqdirdə, hüquqi şəxs və ya fərdi sahibkar olan müştəri “Faktorinq” kredit xəttinin açılması barədə Azər Türk Banka müraciət edir. Bu halda Bank malların və ya göstərilən xidmətin dəyərinin 90%-ə qədər olan hissəsinin dərhal kreditləşməsini həyata keçirir.
Kredit xətti üzrə əlavə girov və təminat tələb olunmur, faiz dərəcəsi fərdi və güzəştli qaydada təyin edilməklə, 24 ay müddətinədək AZN valyutasında açılır.
«Faktorinq» kredit xəttindən istifadə etmək istəyən sahibkarlar onlayn müraciət göndərərək, heç bir komissiya ödəmədən həm biznes, həm də əməkdaşları üçün bütün növ hesablar açmaqla, Bankın müştəriləri sırasına qatıla bilərlər.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
13 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























