"Doqquz ay qulluq edir, 20 gün məhsul toplayırıq. Gəlirli sahədir"
Xaçmazın çiyələk sahələrində məhsul yetişib. Təsərrüfatçılar may ayının ikinci ongünlüyündən mövsümün ilk məhsulunu yığmağa başlayıblar.
Hazırda 1 kiloqram çiyələyin sahədə topdansatış qiyməti 2,5 manatdır. Yerli sort çiyələyin yığımı cəmi 20-25 gün davam edəcək. Əldə olunan məhsul əsasən yerli bazarlara çıxarılır.
Təsərrüfatçı Fəxrəddin Həsənov bildirib ki, məhsuldarlıq ötən illərə nisbətən daha yaxşıdır. Çiyələyin satış qiyməti də onları razı salır.
“Bizim təsərrüfat rayonun Rəhimoba kəndində yerləşir. Yeni salınan meyvə bağlarının arasında qalan boş torpaqda çiyələk becəririk. Avqust ayında çiyələk şitillərini əkmişik. Artıq məhsul toplayırıq. Doqquz ay qulluq edir, 20 gün məhsul toplayırıq. Gəlirli sahədir. Həm də ən birinci yetişən məhsullardandır. Bizim müştərimiz məhsulu topdansatış qiymətə sahədən alır. Ötən il də, bu il də 2 manat 50 qəpikdən satmışıq. Bizim çiyələk açıq sahədə, həm də gübrəsiz yetişdiyi üçün dadlı olur. Həm yemək, həm də mürəbbə bişirmək üçün uyğundur ”, - deyə Fəxrəddin Həsənov söyləyib.
Xaçmazlı təsərrüfatçılar çiyələyin “Viktoriya” növünü becərməyə daha çox üstünlük verirlər. Bunun əsas səbəbi bu növün həm məhsuldar, həm də satış üçün əlverişli olmasıdır. Yeni salınan çiyələk sahələrində damlama üsulu ilə suvarılır. Belə də həm suya qənaət olur, həm də yetişən çiyələklərin çürüməsinin qarşısı alınır.
“Yarım hektar sahədə çiyələk becəririk. Ümumilikdə, hər yığımda 100-150 kiloqrama yaxın çiyələk toplayırıq. Yerli sort çiyələyə tələbat çoxdur. Hər meyvəni öz mövsümündə yemək məsləhətdir”, - deyə təsərrüfatçı bildirib.
Xaçmaz rayonunda 100 hektardan çox çiyələk sahəsi var. Hər il bu sahələrdən 150 tondan çox məhsul toplanılır.
© Azərtac
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
4 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
6 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"





















