Qızılın qiymətinin artması yenidən bərpa oluna bilər - GÜNƏ BAXIŞ
Bu gün borc limiti ilə bağlı Konqres liderləri ilə bir daha görüşməsi gözlənilən ABŞ prezidenti Co Bayden danışıqlarla bağlı optimist mənzərə yaradır, ABŞ Nümayəndələr Palatasının spikeri Kevin MakKarti isə Ağ Evi ciddi olmadığına görə tənqid edib.
MakKarti bugünki görüşdən əvvəl - "Mən hələ də bir-birimizdən çox uzaq olduğumuzu düşünürəm" - deyərək mövcud vəziyyəti qiymətləndirib.
Digər tərəfdən, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) monetar siyasətinin necə davam edəcəyinə dair qeyri müəyyənliklər qalarkən, beynəlxalq kredit reytinq agentliyi “Moody's” FED-in sərt pul-kredit siyasətinin ilin sonuna qədər davam etdirməsinin gözləndiyini və buna inanıldığını bildirib. Agentlikdən həmçinin gələn ilin əvvəlinə qədər faiz dərəcəsini aşağı salmağın mümkün olmadığı qeyd edilib.
Bu gün isə İngiltərədən açıqlanacaq əmək bazarı, Avrozonadan ÜDM-in həcminə dair rəqəmlər, həmçinin Avrozonada, Almaniyada dərc olunacaq ZEW Biznes Aktivliyi İndeksi göstəriciləri, xüsusilə də Avropa Mərkəzi Bankının sədri K.Laqardın Bakı vaxtı ilə saat 18:00-a planlaşdırılan çıxışı investorların diqqət mərkəzində olacaq.
Qızıl “güvənli liman” missiyasını davam etdirir. Korrektiv olaraq bir qədər ucuzlaşsa da, qiymətli metalın bir unsiya üzrə dəyəri 2000$ səviyyəsinin üzərində qaldığı müddətdə, qiymət artımları yenidən bərpa oluna bilər. Təhlillərə əsasən hazırda 2017$-dan təklif olunan qızılın qiyməti 2021$-ın üzərinə yüksəlsə, artım tendensiyası 2034$ və 2046$-a kimi davam edə bilər.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)














