Qlobal antidepresant bazarı dünyanın ən sürətli böyüyən bazarına çevrilir
Son günlərdə nüfuzlu “Research and Markets” və “IBISWorld” təşkilatlarının hesabatları dünyada gözə görünməyən və sürətlə böyüyən vacib bir problemi nümayiş etdirir.
“Research and Markets” 2026-cı ildə dünya əhalisinin depresiyadan daha çox əziyyət çəkəcəyini bildirir. Təşkilat tərəfindən cari ilin fevral ayında yayınlanmış hesabata əsasən qlobal antidepressant bazarında 2021-ci ildə qeydə alınmış 15.16 milyard dollarlıq həcmdən 2022-ci ildə 16.44 milyard dollara qədər artım qeydə alınıb.
Pandemiyadan sonra Rusiya ilə Ukrayna arasında baş verən müharibə nəticəsində sanksiyaların tətbiqi, beynəlxaq arenada siyasi münasibətlərin gərginləşməsi, xammalın bahalaşması və tədarük zəncirindəki problemlər antidepressant bazarının böyüməsinə müsbət təsir göstərib. Antidepressant bazarının həcminin illik 8.2% (CAGR) artımla 22.57 milyard dollara çatacağı proqnozlaşdırılır.
Təşkilatın hesabatına əsasən 2022-ci ildə böyümə sürətinə görə ən böyük olan Şimali Amerika bazarını növbəti dövdə Yaxın Şərq regionu əvəz edəcək. Ümumilikdə isə dünya əhalisinin 2-6%-nin depresiyadan əziyyət çəkdiyi hesab olunur. Yaşlı insanlar digərləri ilə müqaisədə daha çox depresiya riskinə məruz qalırlar. Dünya Səhiyyə Təşkilatının (WHO) yayımladığı məlumata əsasən 2020-ci ilə bütün yaş kateqoyasından 264 milyon insanın depresiyadan əziyyət çəkdiyi qeydə alınıb. Antidepressant bazarının böyüməsinin əsas səbəblərindən biri kimi məhz dünya əhalisinin ruh sağlığının sürətli şəkildə pozulması göstərilir.
“Research and Markets” təşkilatı Qlobal antidepressant bazarının əsas oyunçularının isə “Allergan PLC”, “AstraZeneca”, “Eli Lilly and Company”, “GlaxoSmithKline PLC”, “H. Lundbeck AS”, “Johnson & Johnson”, “Pfizer Inc.” və “Merck & Co. Inc. and Sun Pharmaceuticals Pvt. Ltd.” şirkətlərinin olduğunu bildirir.

Qeyd edək ki, “IBISWorld” təşkilatı tərəfindən yayımlanan və 2023 -2024-cü illərdə gəlir həcminə görə ən sürətlə böyüyən 10 global sənaye arasında 300 milyard dollarla ilk yeri tutan Qlobal Hava Limanı Əməliyyatlarının illik böyümə sürəti toplam 1.5% təşkil edir. Eyni hesabatda ilk 5-likdə yerləşən Qlobal Səyahət Agentlikləri Xidmətləri və Qlobal Turizm isə müvafiq olaraq 2.5% və 0.8% illik birləşmiş böyümə indeksinə sahib olacaqlar.
Təsvir olunan mənzərədən aydın görsənir ki, qlobal antidepressant bazarı dünyanın həcminə görə ən böyük bazarlarından ən az 5 dəfə daha yüksək sürətlə böyüyür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 16 saat sonra
-
- 12 saat sonra
-
4 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
5 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
5 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb


















.jpg)




