BOKT zərərdən mənfəətə keçib
“NAS Project BOKT” ASC 2022-ci ili 209 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2021-ci ili 30 min manat xalis zərər ilə bağlamışdı.
Marja xəbər verir ki, 2021-ci ildə “NAS Project BOKT”ın faiz gəlirləri təxminən 89 min manat ikən, 2022-ci ildə 559 min manata yüksəlib (6,2 dəfə artıb). Haqq və komissiya gəlirləri isə 3 dəfəyə yaxın artaraq 17 min manat olub.
“NAS Project BOKT” kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2022-ci ildə 2021-ci illə müqayisədə 944 min manat və ya 64% artaraq 2 milyon 421 min manata yüksəlib. Təşkilatın kredit portfeli 2021-ci ilin sonunda 1 milyon 477 min manata çatmışdı.
"Nas Project BOKT" ASC Azərbaycan Respublikası Mərkəzi Bankının 10 iyun 2021-ci il tarixli, BKT -38 saylı Lisenziyası əsasında fəaliyyət göstərir.
1 milyon 300 min manat nizamanmə kapitalı olan “NAS Project BOKT” ASC-nin sahibi 100% payla Quliyev Məhəmməd Nizami oğludur.
Təşkilatın 31 Dekabr 2022-ci il tarixində 15 nəfər əməkdaşı olmuşdur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
7 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























