Orta aylıq maaşla neçə litr benzin almaq olar?
Rusiya və Qazaxıstandakı orta aylıq maaşla Azərbaycanda 2 dəfə çox benzin almaq olar.
“Marja” xəbər verir ki, bunu iqtisadçı – ekspert Samir əliyev Facebook səhifəsində yazıb:
-Tarif Şurası “Aİ-92” markalı benzinin satış qiymətinin artırılmasını əsaslandırarkən qeyd edib ki, bu yanacağın 1 litri Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98 ABŞ dollarına satılır. Azərbaycanda isə benzin artımdan sonra indiki məzənnə ilə təxminən 0,53 dollara bərabərdir. Deməli, Qazaxıstan istisna olmaqla digər 4 ölkədə yanacaq bizdən bahadır. Bu müqayisə mili valyutaların məzənnə səviyyəsindən asılı olaraq dəyişə bilər. Məsələn, manat ilin əvvəlində olduğu kimi dollara münasibətdə 1,92 səviyyəsinə qədər ucuzlaşsa bu halda dollar ifadəsində 47 sentə düşəcək və Qazaxıstana yaxınlaşa bilərik. Halbuki bunu ucuzlaşma adlandırmaq olmaz. Ölkə daxilində qazanc milli valyutda olduğu kimi benzinə çəkilən xərcin dəyəri də milli valyuta ilə ölçülməlidir.
SEMİNARA QATIL, PUL QAZANMAQ SƏNƏTİNİ ÖYRƏN VƏ QAZAN
Orta aylıq əmək haqqının məbləği ilə benzinin satış qiyməti arasında əlaqə mənzərəni daha aydın təsəvvür etməyə imkan verir. Bunun üçün keçmiş SSRİ ölkələrdə (Türkmənistandan savayı) orta aylıq əmək haqqında nə qədər Aİ-92 markalı benzin almağın mümkünlüyü göstərən qrafiki diqqətiniziə çatdırmaq istəyirəm. Məlumatları müvafiq ölkələrin statistika qurumlarından götürüb hazırlamışam.
Göründüyü kimi, Azərbaycan nəinki neft ölkəsi olan Rusiya və Qazaxıstana, hətta neftdən asılı olan Belorus və Baltik ölkələrinə də uduzur. Rusiya və Qazaxıstandakı orta aylıq maaşla Azərbaycanda 2 dəfə çox benzin almaq olar. Cənubi Qafqaz ölkələrini isə cüzi qabaqlayır. Tacikistan, Ukrayna və Moldova ilə müqayisədə ucuz benzin almağımıza görə sevinə bilərik. İndi siz deyin, benzin bizdə bahadır yoxsa ucuz?
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər




.jpg)
.jpg)







.jpg)








